"Minsk avtomobil zavodu" (belar. Мінскі аўтамабільны завод) — "BELAVTOMAZ" holdinqinin idarə etdiyi şirkət. SSRİ və Belarus avtomobil şirkəti. Əsasən iri tonnajlı yük avtomobilləri, avtobuslar və trolleybusların istehsalını həyata keçirən zavod.
Minsk Avtomobil Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Avtomobil sənayesi |
Məhsulları | Yük avtomobili, avtobus, trolleybus |
Təsis tarixi | 1944 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti | 881 mld. rubl (2015) |
Struktur | |
İşçi sayı |
17 535 (2015-ci il 3-cü rüb) 16 594 (2016-cı il 2-ci rüb)[1] |
Rəhbərlik | |
Rəhbərlik | Dmitri Kateriniç |
maz.by | |
Vikianbarda əlaqəli mediafayllar |
MAZ ticarət markası keçmiş sovet ölkələrində və dünyanın bir çox regionlarında tanınır. MAZ avtomobilləri dünyanın 45 ölkəsinə ixrac edilir. 1990-cı illərdə yaşanan problemlərdən sonra şirkət yenidən əvvəlki səviyyəsinə qayıda bilmişdir.
«BELAVTOMAZ» holdinqinə Baranoviç avtoaqreqat zavodu, Osinoviçi, Jodino, Cerjinsk, Qrodnenskimexanika zavodu kimi müəssisələr daxildir.
Minsk avtomobil zavodu 400-dən artıq model, modifikasiya və komlektasiya buraxmışdır. 2016-cı ilin II rübünə görə açıq mühasibat uçotu ilə Belarusda ən zərərsiz müəssisə olmuşdur[5].
İstehsal edilən modellər sırasına orta tonajlı aşağı çərçivəli yük maşınları, özü boşaldan yük avtomobilləri[6], taxta-şalban daşıyan maşınlar və s. daxildir.Yuxarıda göstərilən nəqliyyat vasitələrinin təkər ölçüləri müxtəlif olan variantları ilə təmsil olunur: 4x2, 4x4, 6x4, 6x6. Ümumilikdə MAZ 250-dən çox avtomobil modifikasiyasını, 60-dan artıq qoşqu avadanlığı, avtobusların əlli modifikasiyasını istehsal etmişdir. Zavod kütləvi istehsalda olan ağır yük avtomobillərinin altı nəsilini mənimsəmişdir.
Bu günə qədər zavod istənilən qoşqu vastələrini də istehsal edir. Bu isə ona yarımqoşqu və ya qoşqulu istənilən avtomobili hazırlamağa imkan verir. Minsk avtomobil zavodunun filialı olan «Belavtoprisep» zavodunda həmçinin yüngül avtomobillər üçün qoşu ləvazimatları hazırlanır.
MAZ avtomobilləri üçün ən əhəmiyyətli yeri orta tonnajlı avtomobillər tutur. 2003-cü ildə hər il «Kommers-avto» jurnalı tərəfindən keçirilən müsabiqədə zavodun istehsalı olan bu növ avtomobil «2003-cü ilin ən yaxşı kommersiya avtomobili» seçilmişdir.
2008-ci ildən zavod ancaq Avro-3[7] standartlarına cavab verəcək avtomobillərimn istehsalını gerçəkləşdirməyi qərara alır.
2014-cü ilin yayında zavod Avro-6 standartlarına cavab verən iki yük avtomobilinin modelini təqdim etmişdir[8]. Birinci mpodel MAZ-5440M9 müxtəlif yüklərin daşınmasını nəzərdə tutur və 70 ton yük götürmə qabiliyyəti vardır. Model üzərində Mercedes-Benz OM471,R6 mühərriki quraşdırılmışdır. Mühərrikin güçü 475 at gücünə bərabərdir. İkinci model MAZ-5340M4 300 at gücünə sahib OM936LA mühərriklə təmin edilmişdir. Onun yük götürmə qabiliyyəti 13,4 tondur[9].
2005-ci ildə zavod istehlakcılara 20 mindən çox avtomobil, 4 min qoşqu və min avtobus çatdırmışdır.
2006-cı ildə 21 min avtomobil istehsal edilmişdir. 2006-cı ilin 7 ayı ərzində 4585 qoşqu və yarımqoşqu istehsal edilmişdir.
Yaranmış iqtisadi böhran səbəbindən şirkət məhsullarını istehlakçılara kreditlər formasında verə bilirdi. Kredirlər Belarusbank tərəfindən gerçəkləşdirilirdi[10].
2014-cü ildə 500 ədəd yük və sərnişin avtomobilinin buraxılması nəzərdə tutulurdu[11].
2006—2011-ci illər ərzində MAZ müəssisənin noderləşdirilməsi məqsədi ilə 200 milyon dollar dəyərində investisiya yatırır. Bu əsasən avtomobillərin kabinə, körpüçük və yan hissələrində modernləşdirlmənin aoarılmasına xidmətetməli idi.
1992-ci ildə MAZ-sa müasir sərnişin avtobusları istehsal edən filial təsis edilir. Filial AMAZ adını alır. Elə bu il də filial Neoplan ilə lsensiya müqaviləsi imzalatyır. Müəssisədə Neoplan N4014 avtobusları buraxılır. Bundan sonra avadanlıqıar alman konstruksiyaları ilə əvcəzlənir. Bundan sonra zavodda döşəməsi alçaq olan MAZ-101 avtobusları istehsal edilir. Avtobusun istismarı həmçinin müəyyən çatışmazlıqları aşkar etdi - mürəkkəb arxa askın qeyri-müəyyənliyi və MMZ-D-260.5 mühərrikinin uyğunsuzluğu.
Pilot yığımdan sonra 1996-cı ildə zavod MAZ-103 mdelini buraxır. Bu modellərdə arxa askı istənilən model mühərriki yerləşdirməyə imkan verirdi. MAZ-103 Minsk Mühərrik zavodu, Renault, MAN, Mercedes motorları və mexaniki, avtomatik ötürülmə ilə istehsal edilə bilərdi.
O zamanlar MDB ölkələrində iqtisadi durum hec də ürək açan olması səbəbindən MAZ-103 modelinin alınması olduqca ləng gedirdi. Bundan sonra isə zavod dah ucuz olan MAZ-104 modelini hazırlamışdır. Onun istehsalına 1997-ci ildə başlanılır. Bir sıra dəyişikliklər sayəsində avtobusun dəyəsini 8 min dollar azaldılması mümkün olmuşdur. Bu modelin son buraxlığı 1 sentyabr 2006-cı ildə baş verir.
MAZ-105 modeli 1997-ci ildən istehsal olunmağa başlanılmışdır. Bu avtobuslar ancaq daxili maşrutlar üçün nəzərdə tutulurdu.
MAZ-107 modeli ilk dəfə 2001-ci ildə Moskva avtosalonlarında nümayiş etdirilmişdir. Yüksək sərnişin tutumu, ucuz olması və etibarlılığı bu modelin nəqliyyat sıxlığı yüksək olan yollarda istifadəsi üçün cəlbedicidir. MAZ-107 əsasən Moskvaya göndərilirdi.
2004-cü ildə zavod yüngül avtobusların ikinci nəsli olan MAZ-256 modelinin istehsalına başlayır. Avtobus 28 yerlik olur.
2005-ci ildə alçaq döşəməyə sahib olan MAZ-203 modeli nümayiş etdirilir. Bu model MAZ-103 modelindən fərqli olaraq pilləkənsiz olur. Avtobusların ilk kütləvi istehsalı 2007-ci ilin ikinci yarısına təsadüf edir. Zavod Kazan üçün 50 bu model avtobus hazırlayır. 2008-ci ilin yanvarına olan məlumata görə bu avtobuslar artıq Belarus, Rusiya, Ukrayna və Polşa bazarlarında özünə alıcı tapmışdır.
206-cı ilin iyul ayında yeni şəhər tipli ikinci nəsil MAZ-206 modeli təqdim edilir. VIP avtobuslar sinfinə daxil olan avtobuslar orta olçülü olması ilə seçilir. 207-ci ili avqustunda təqdim edilən MAZ-226 modeli MAZ-206-nın modifikasiyası olub, 31 yerlikdir. 2009-cu ildə isə MAZ-205 modeli təqdim edilir.
Zavodda beynəlxalq reyslər üçün MAZ-152, turistlər üçün MAZ-251, hava limanları üçün nəzərdə tutulan MAZ-171 modelləri buraxılmışdır.
«AMAZ» arıq ciddi nəticələr əldə etmiş bir müəssisədir. 8 avtobus modeli və 50 modefikasiya buraxmağa nail olmuşdur.
AMAZ əsasən öz məhsullarını dörd istiqamətə yönləndirir: Belarus, Rusiya, Ukrayna və uzaq xaric. Onların hər birində satışların orta hesabla 25% -i var.
2005-ci ildə 1025 avtobus və trolleybus istehsal edilmişdir. Bu isə 2004-cü ilə nisbətdə 70 % artımdır. а
2006-cı ilin 11 ayı ərzində 869 Belarus (419 Minsk), 473 Rusiya, 92 Ukrayna, 77 avtobus uzaq xaric ölkərərinə ixrac edilmişdir. Ümumilikdə 2006-cı ildə 1693 avtobus istehsal edilmişdir. Məlumatına görə istehsal aşağıdakı kimi paylanmışdır:
2007-ci ildə istehsal 2006-cı ilə nisbətdə 6 % artmışdır. Bu ildə 1795 maşın[12] istehsal edilmişdir. MAZ həmçinin kiçik mikroavtobuslar buraxmaxmışdır.
2001-ci ildə MAZ ilk trolleybus istehsalını gerçəkləşdirmişdir (MAZ-103T). Trolleybus MAZ-103 modelinin əsasında yığılmışdır. 2014-cü ildə isə MAZ-215T modeli istehsal edilmişdir.
Ehtiyat hissəsinin növü | Marka | ölkə |
---|---|---|
Dizel | YMZ, Mercedes-Benz | Rusiya, Almaniya |
Ötürmə qurğusu | YMZ, ZF, Eaton, Allison | Rusiya, Almaniya, ABŞ |
Fənərlər | OSVAR, BATE | Rusiya, Belarus |
Sükanın hidrogüçləndiricisi | ZF,YMZ | Almaniya, Rusiya |
1997-ci ildə «MAN» konserni ilə müştərək «MAZ-МАН» şirkəti təşkil olunmuşdur. 1998-ci ildə MAN mühərrikləri və MAZ şassiləri əsasında seriya avtomobillərin hazırlanmsına başlanılır
Keyfiyyətcə eyni olan Avropa modellərinin eyni sinfi ilə müqayisədə MAZ-MAN məhsulları xarici avtomobillərdən orta hesabla 30 faiz ucuzdur. Hazırda bütün MAZ-MAN avtomobillərinin 98% -i Avro-3 tələblərinə cavab verir.
2004-cü ildə şirkət tərəfindən 272 avtomobil hazırlanmışdır ki, bu da 2003-cü ilə nisbətdə 45 % çoxdur.
28 noyabr 2005-ci ildə «MAZ-MAN» özünün 1000-ci avtomobilini istehsal etmişdir.
«MAZ-SPORTavto» dünyada keçirilən ralli yarışlarınad iştirak edir.