Miopatiya — əzələ xəstəliyi olub , əzələ zəifliyi ilə müşahidə olunur.
Əzələ hüceyrələrində tamlığın və metobolik prosesslərin pozulması genetik inkişaf anomaliyası , infeksiya, toksinlər, iltihab , horomonal və elektrolit balansının pozulması nəticəsində baş verə bilir.
Miopatiyalar iki böyük qrupa bölünür:
- Anadangəlmə miopatiyalar (muskular distrofiyalar, metobalik miopatiyalar, mitoxondrial miopatiyar)
- Qazanılmış miopatiyalar (iltihabi , infeksiyon , toksik, sistem xəstəliklərinə bağlı)
Iltihabi miopaiyalar
- Polimoizitlər
- Dermatomiozitlər
- əlavə cisimcikli miozitlər
Infeksiyon
- Virus infeksiyaları (İİV, influenza virusu, Epstein-Barr virusu)
- Bakterial piomiozitlər (Staphylococcus aureus və streptococci)
- Spiroxetlər (Laym xəstəliyi)
- Parazitik infeksiyalar
Toksik Miopatiyalar
- Dərmanlar(Steroidlər, xolesterin azaldan dərmanlar, Propofol, Amiodaron, kolxisin, Omeprazol, Triptofan)
- Toksinlər (Alkoqol, Toluin)
Sistem xəstəliklərlə bağlı miopatiyalar
- Endokrin xəstəliklər (Tiroid, Paratiroid, Pituitary ya adrenal disfunksiya)
- Sistem iltihabi xəstəliklər (Qırmızı qurd eşənəyi, Revmatoid artrit ,Sklerodermiya , Şeqren sindromu, sarkoidoz , qarışıq birləşdirici toxuma xəstəlikləri)
- Elektrolit disbalansı (kalium ya maqnezium anormallığı, hipofosfatemiya)
- Kritik xəstəlik miopatiyası
- Amiloid miopatiyası (birincilli amiloidoz, ailevi amiloidoz)
Miopatiyalar sensor əlamətlər olmadan motor (hərəki) simptomlarla xarakterizə olunur. Kramp, fiziki yüklənmədə yorğunluq , əzələ ağrıları çox rast gəlinən əlamətlərdəndir.[3]