Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu[2]) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı.
Mir Şahin | |
---|---|
Mirşahin Dilavər oğlu Ağayev | |
Digər adları | Mir Şahin, Mirşahin Ağayev |
Doğum tarixi | 12 noyabr 1963 (60 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Səbinə Ağayeva |
Uşaqları |
Təyyar Ağayev Çingiz Ağayev Aysan Ağayeva[1] Sevin Ağayeva |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
|
Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır.
1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan Mir Şahin elə həmin ildən cəmiyyətin və onun nəzdində olan Real Televiziyasının rəhbəridir.
Jurnalist Səbinə Ağayeva ilə evlidir, iki oğul və iki qız atasıdır.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülən Mir Şahin Ağayev[3], Prezident İlham Əliyevin 22 iyul, 2020-ci il Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[4],11 noyabr 2023-cü il isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |