Mir Həsən Ağa Mir

Mir Həsən Seyid Hüseyn oğlu Ağa MirXurşidbanu Natəvanın ortancıl oğlu, şair.[1]

Mir Həsən
Mir Həsən Ağa Mir
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Atası Seyid Hüseyn bəy Ağamirov
Anası Xurşudbanu Natəvan
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan və fars dilləri
Üzvlüyü

Mir Həsən 1870-ci ildə Şuşada doğulmuşdur. Xurşidbanu Nətəvanın ikinci əri Seyid Hüseyndən olan ortancıl oğludur. O, Azərbaycan, fars və ərəb klassiklərinin əsərlərini mütaliə etmiş, həmin xəzinə əsasında şeirlər yazmışdır. Xurşidbanu Nətəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun Mir təxəllüsü ilə şeirlər qələmə aldığını göstərmişdir.

Mir Həsən 33 il ömür sürmüş, 1903-cü ildə vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mir Həsən Ağa Mirin yazdığı şeirlərdə bədbin bir ruh, fərəhdən çox əzab, tərkidünyalığa meyl və həyat ziddiyyətlərindən yaranan bir narazılıq özünü göstərir. Mir Həsən farsca yazdığı şeirlərdə Ömər Xəyyama yaxınlaşmışdır. Təzkirələrdə onun iti hafizəsi, rəvan təbə malik olduğu bildirilir. Şairin qələmə aldığı mənzumələr əlyazma şəklində pərakəndə halda cünk və bəyazlarda, şeir dəftərlərində qalmışdır. Mir Həsən Ağanın Azərbaycan dilində yazdığı qəzəllər bir növ anasının şeirlərinə nəzirə və iqtibas olsa da, orijinal səslənir.[1]

  1. 1 2 3 Bəylər Məmmədov. Nətəvanın şair qohumları. Bakı, 1989