Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb.
Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar.
Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzifə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəcabət, zati-alilər anlamındadır.