Mirzə İsa Xəyali (1850, Cənubi Azərbaycan – 1917, Lənkəran, Lənkəran qəzası) — XIX əsr Azərbaycan şairi.[1]
Mirzə İsa Xəyali | |
---|---|
Doğum tarixi | 1850 |
Doğum yeri | |
Vəfat tarixi | 1917 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Üzvlüyü | |
Mirzə İsa Xəyali Vikimənbədə |
Mirzə İsa Hacı Məhəmmədrəhim oğlu təxminən 1850-ci ildə Ərdəbildə doğulmuşdur. Təhsilini orada almış, 1891-ci ildə Lənkərana köçmüşdür. Bir məddət Lənkəranda müəllimlik etmişsə də əsas peşəsi ticarət olmuşdur. O, 1917-ci ildə Lənkəranda vəfat etmişdir,
Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədü irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır.
XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850–1917) "Təzkireyi — Ziyai" əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücriм, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb. Burada Ъənubi Azərbaycan şairləri ilə birlikdə, S. Ə. Şirvani, M. Ə. Növrəs, M. R. Fəna, F. Kəminə кими Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinя də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmayıb. Ona görə də indiyə kimi tədqiqatdan kənarda qalыб.