Mirzə Ələsgər Məmmədov

Məmməd oğlu Ağa Mirzə Əli Əsgər (Ələsgər) Qarabaği — XIX əsr Azərbaycan xanəndəsi, tarzəni və muğam bilicisi. O, dövrünün qabaqcıl musiqi xadimi kimi muğam sənətinin inkişafında mühüm rol oynamışdır.[1]

Mirzə Əli Əsgər Qarabaği
Ümumi məlumatlar
Doğum adı Məmməd oğlu Ağa Mirzə Əli Əsgər Qarabaği
Doğum tarixi 1824
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə, musiqişünas
Musiqi alətləri tar, kamança

Mirzə Əli Əsgər Qarabaği 1824-cü ildə Şuşada anadan olmuşdur.[2] Yaradıcılığı çoxcəhətli olmuşdur. O, həm xanəndə, həm də ustad kamançaçı kimi fəaliyyət göstərmişdir. Əli Şirazi İran tarını Qarabağa gətirəndən sonra bu sənətə yiyələnmiş, bütün Qafqazda tarzən kimi tanınmışdır.[3]

Mirzə Əli Əsgər əvvəllər Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüş, uzun illər Mirzə Hüseyn, Həsənçə, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət etmişdir. Mirzə Əli Əsgər Yaxın Şərq ölkələrinə də səyahət etmiş, İran hakimi Nəsrəddin şahın sarayında qurulan məclislərdə tarzən kimi çıxış etmişdir.[3]

XIX əsrin Sadıqcan, Cavad bəy, Əlibəy oğlu (Xanəzəyski), Şəkər oğlu Kərim, Artemi və Məşədi Zeynal kimi Azərbaycan tarzənləri Mirzə Əli Əsgərin şagirdləri olmuşlar.[3]

Mirzə Əli Əsgər Azərbaycan musiqisini dərindən öyrənərək onun özünəməxsus cəhətlərini üzə çıxarır və mahiyyətini şərh edərək musiqiçilərə öyrədirdi.[1]

Mirzə Əli Əsgər Qarabağinin ölüm tarixi bilinmir. O, Şuşada vəfat etmişdir.[2]

  1. 1 2 Məmməd oğlu Ağa Mirzə Əli Əsgər Qarabaği // Muğam ensiklopediyası. Bakı. 2008. S. 128.
  2. 1 2 Мамед оглу Ага Мирза Али Аскер Карабаги // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 151.
  3. 1 2 3 Фиридун Шушински. Мирзә Мухтар // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 57–67.