Məşədi İsi

Məşədi İsi (təq. 1840-cı illər1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Məşədi İsi
Ümumi məlumatlar
Doğum tarixi təq. 1840-cı illər
Vəfat tarixi 1905
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Mükafatları "Şiri-Xurşid" ordeni

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur.[1]

Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, HafizSədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur.[2]

Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, ŞamaxıBakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur. İran hakimi Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmış, şah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanaraq İran şahı tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif edilmişdi.[2]

1890-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərdə xalq şənliklərində iştirak etmişdir.[2][3] O, muğam ifaçısı və bilicisi olmaqla yanaşı, təsnifxan kimi də tanınmışdır. Onun bir çox təsnifləri, xüsusilə "Rast" və "Mahur" təsnifləri məşhurluq qazanmışdır. O, əsasən, Molla Pənah VaqifQasım bəy Zakirin bir çox müxəmməs və qoşmasına təsniflər yazmışdır.[4][5]

Məşədi İsi 1905-ci ildə Ağdam şəhərində vəfat etmişdir.[1]

  1. 1 2 Мәшәди Иси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 546.
  2. 1 2 3 Фиридун Шушински. Мәшәди Иси // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 69–71.
  3. Мешади Иси // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 159–160.
  4. Firidun Şuşinski. Məşədi İsi // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 285–288. ISBN 978-9952-8283-8-2.
  5. Məşədi İsi // Muğam ensiklopediyası. Bakı. 2008. S. 134.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]