Mirzə Ənsərli

Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Noyemberyan rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994).

Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (Ləmbəli)
Doğum tarixi 31 dekabr 1959(1959-12-31) (64 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
İş yeri
Təhsili
Üzvlüyü

1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur.

Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır. "Prof. Dr. Əhməd Zəki Vəlidi Toqan və Türkiyə tarixşünaslığı" adlı dissertasiya mövzusu üzərində işləyir.

Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyinin (2001-ci ildən) və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi İctimai Birliyinin (2010-cu ildən) təsisçisi və rəhbəridir.

90-cı illərdən dövrü mətbuatda müxtəlif məzmunlu məqalələrlə çıxış edir. Elmi jurnallarda və məcmuələrdə elmi məqalələri çap olunub.

Kitabları və monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  1. Gəncəli professor Əhməd Cəfəroğlu. Bakı, Qartal, 1996, 86 s.
  2. Mühacirət tarixindən yarpaqlar (Türkiyədə yaşamış məşhur tatar-başqırd mühacirləri). Bakı, Qartal, 1997, 112 s. (fil.ü.e.d. İsfəndiyar Şəkili ilə birlikdə)
  3. Prof. Dr. Əhməd Zəki Vəlidi Toqan. Bakı, Qartal, 1997, 64 s.
  4. Cəfər Seyidəhməd Krımər. Bakı, Qartal, 1998, 32 s.
  5. Şərq kitabxanaları tarixindən (XV–XVIII əsrlərdə Osmanlı İmperiyasında kitabxanalar). Bakı, Qartal, 1998, 64 s.
  6. İstanbulun məşhur kitabxanaları. Bakı, Qartal, 1998, 32 s.
  7. ABŞ Konqres Kitabxanası. Bakı, Ağrıdağ, 1998, 56 s.
  8. Ləmbəli və ləmbəlilər (Ləmbəli və ləmbəlilər haqqında eşitdiklərim, oxuduqlarım və gördüklərim). Bakı, Nurlar, 2011, 776 s., şəkilli.

Tərtib etdiyi

  1. Nağı Şeyxzamanlının xatirələri.(fil.p.e.d. Cəlal Qasımov ilə birlikdə).Bakı, "Qartal", 1997
  2. Türkiyə masonları tarixindən (XVIII əsr – XX əsrin birinci yarısı). Bakı, Qanun, 1999.
  3. Dildə, Fikirdə, İşdə Birlik (İsmayıl bəy Qaspıralı: 1851–1914): Toplu (ped.ü.f.d. Həsən Bayramoğlu ilə birlikdə). Bakı, Qartal, 2002.
  4. Türkiyədə masonların və sionistlərin fəaliyyətləri (XVIII əsr – XX əsrin birinci yarısı). Bakı, Ocaq, 2007.
  5. Masonlar. I kitab (Saleh Dostəliyev və Gülsən Qurbanova ilə birlikdə). Bakı, Qanun, 2010; 2011.
  6. Masonlar. Materiallar toplusu. II kitab (t.ü.f.d. İradə Məmmədova və Şahin Ələsgərov ilə birlikdə). Bakı, Turxan NPB, 2014, 300 s.
  7. Qərbi Azərbaycan (indiki Ermənistan). I kitab. Bakı: Elm və Təhsil, 2016, 512 s. + 20 s. şəkil (həmmüəlliflər Telman Kərimli, İradə Məmmədova – tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı laureatı, Könül İbrahimova, Toğrul Ənsərli)
  8. Məktublarda yaşayan tarix (Professor Abbas Zamanovla professor Əhməd Cəfəroğlunun yazışmaları. Bakı: "AqRa" EİDİB, 2019, 112 s.
  9. Şamaxılı Qocamanbəyovlar.(Xədicə Məmmədova ilə birlikdə). Bakı, 2020, 56 s.
  10. Bakı Quberniyası Şamaxı qəzasının müsəlman əhalisi (XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində).(s.e.d. prof. Adil Mirabdullayev ilə birlikdə). Bakı, 2022, 240 s.
  11. Avropada türkologiya (I hissə). Bakı, Elm, 2023, 172 s.
  12. Dünya müftiləri. (t.ü.f.d. Gülər Qafqazlı ilə birlikdə). Bakı, Zərdabi Nəşr MMC, 2024, 240 s.

Türkiyə türkcəsindən çevirdiyi əsərlər

  1. M. F. Köprülü. Azəri Bakı, Elm, 2000. (fil.ü.e.d. prof. Buludxan Xəlilovla birlikdə).
  2. Prof. Dr. Nadir Dövlət. Rusiya Türklərinin Milli Mübarizə Tarixi (1905–1917). Bakı, Ağrıdağ, 2002. (ped.ü.fd. Həsən Bayramoğlu ilə birlikdə)
  3. Prof. Dr. Əhməd Zəki Vəlidi Toqan. Azərbaycan. Bakı. Ocaq, 2007. (tar. ü.f.d. Tofiq Nəcəfli ilə birlikdə).
  4. Raif Qaradağ. Neft fırtınası. Bakı, Qanun, 2009.