Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi —
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi | |
---|---|
მირზა ფათალი ახუნდოვის სახელობის აზერბაიჯანული კულტურის მუზეუმი | |
Açılış tarixi | 1982 |
Ölkə | |
Yerləşir | Tbilisi |
41°41′17″ şm. e. 44°48′58″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin binası vaxtilə Tiflisdə yaşayıb işləyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilmişdir.
Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada M.F.Axundzadənin ev-muzeyi yaradılmışdır. 1996-cı ildə Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərmişdir.
2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilmişdir.[1]