Mirzə Həsən bəy Mehdixanov

Mirzə Həsən bəy Məşədi Mehdixan ağa oğlu Mehdixanov-çar ordusunun zabiti

MİRZƏ HƏSƏN BƏY MEHDİXANOV
Mirzə Həsən bəy Məşədi Mehdixan ağa oğlu Mehdixanov
Doğum tarixi
Doğum yeri Qoçəhmədli 4-cü dərəcəli "Müqəddəs Anna", 1860-cı ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav"
Vəfat tarixi
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları IV dərəcəli "Müqəddəs Anna" ordeni III dərəcəli Müqəddəs Stanislav ordeni

Mirzə Həsən bəy Məşədi Mehdixan ağa oğlu 1820-ci ildə Şuşa qəzasının Vərəndə sahəsi nin Qoçəhmədli kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.


Mirzə Həsən bəy çar ordusunda xidmətə çağrılmış, uzun bir döyüş yolu keçmişdi. O, 1849-cu ildə kornet, 1852-ci ildə podporuçik, 1854-cü ildə poruçik, 1860-cı ildə ştabs-rotmistr rütbələri almışdı.Cəsur zabit 1863-cü oldə döyüşdə həlak olub.


Mirzə Həsən bəyin Əhməd bəy, Həsən bəy adlı oğulları vardı.

Mirzə Həsən bəy Mehdixanov yaxşı xidmətlərinə görə 1855-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna", 1860-cı ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.