Mirzə Kərim (Ştul, Kürə dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası — 1894, Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası) — XIX əsrin ləzgi əsilli Azərbaycan şairi. Mirzə Kərim əair kimi “Şüai” təxəllüsü ilə məşhurdur. Onun yaradıcılığı əsasən şikayətnamələr, mərsiyyə və qəzəllər yazmışdır.
Mirzə Kərim | |
---|---|
Doğum yeri | Ştul, Kürə dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Milliyyəti | ləzgi |
Fəaliyyəti | şair |
Mirzə Kərim XIX əsrin əvvəllərində Kürə dairəsinin Ştul kəndində İsrafil adlı kişinin ailəsində anadan olub. Dininə görə o, şiə müsəlman idi.[1] Kürə dairəsinin başçısı polkovnik Soltan Əhmədbəy Azərbaycan və fars dillərini yaxşı bildiyi üçün Mirzə Kərimi özünə tərcüməçi kimi götürmüşdü. Mirzə Kərim bütün yürüşlərdə polkovniki müşayiət edirdi. İmam Şamilin başçılıq etdiyi Şimali Qafqaz imamlığı məğlub olduqdan sonra Soltan Əhmədbəy təqaüdə çıxır. Təqaüdə çıxdıqdan sonra Əhmədbəy Dərbənddə məskunlaşır. O, şairin ailəsini də şəhərə dəvət edir.
1860-cı ildə İsrafil ailəsi ilə birlikdə Dərbəndə köçür. Elə həmin il Soltan Əhmədbəy intihar edir. Onun intiharına görə Mirzə Kərim ittiham olunur və Sibirə sürgün olunur. Burada şair rus dilini öyrənir. Rus dilini öyrənməsi ona Rusiya mədəniyyəti ilə tanış olmağa imkan verir. Mirzə Kərim sürgündən qayıtdıqdan sonra Dərbəndə qəza rəisi təyin edilir. Şair 1894-cü ildə Dərbənddə vəfat edib.[2]
Mirzə Kərim şeirlərini daha çox klassik üslubda “Şüai” təxəllüsü ilə yazırdı. Onun “Şikayət” (“Şikayət”) şeirinin motivi ənənəvidir. Sevgilinin qəddarlığı, vəfasızlığı lirik qəhrəman tərəfindən pislənir.[3] O, həm də qəzəllər müəllifidir.[3] Şairin digər “Bahar çağında” şeirində də bahar və təbiət tərənnüm edilir:
Mövsimi-şirətdə gəlib bağa bax,
Səhni-çəmənzara çıxıb dağa bax,
Bəngi-qəlahü-zəhənü zağa bax,
Gör nə təravətdir o yaylaxda.
Firudin bəy Köçərli özünün "Azərbaycan ədəbiyyatı" əsərində Mirzə Kərim Şüai haqqında bunları yazır:[4]
Mirzə Kərim "Şüai" təxəllüs əslən Dərbəndin cənub tərəfindən — Kürə nahiyəsində Üşdül qəryəsindən İsrafil adında bir şəxsin oğludur. Məzkur mahalda polkovnik Sultan Əhməd bəy ki, o mahalın maliki-riqabı hesab olunurdu, Mirzə Kərimi öz yanında müsəlmani mühərrirliyinə götürüb, hər yerə gedəndə öz yanınca aparardı. Hətta Şeyx Şamilin davasında Mirzə Kərimə əvvəlinci çin və medal verdiribdir. Sonralardan məzkur Sultan Əhməd bəy Dərbənddə sakin olduğu üçün Mirzə Kərimin atası İsrafil öz əhlü əyalı ilə köçüb Dərbəndə gəlibdir və orada cənab polkovnikin zilli-himayətində dolanırdı. İttifaqən Sultan Əhməd bəy övzayi-zəmanədən təngə əlib, özünü qətlə yetirdi və Mirzə Kərim öz vəliyyün-neməsinin qətlindən bir növ müttəhim olub Sibirə göndərildi və neçə illər orada qalıb, imperaturi-əzəm tərəfindən fərmani-humayun sadir olmağa görə, mürəxxəs olub, dübarə Dərbəndə müraciət elədi. Artıq fəhmü zəkavət sahibi olmağa görə, Rusiyada qaldığı zaman rusca oxumağı və yazmağı ləyaqətincə kəsb etmişdi. Sibirdən qayıdandan sonra Dərbənddə nəcib familiyadan təəhhül ixtiyar edib, əziz və möhtərəm şəxslərdən biri oldu və məhəllə rəisi (kvartalnı) mənsəbinə nail olub, xoş güzəran edərdi və sakin olduğu məhəllənin şəbih ümuratına mübaşir olub, məscidi-camedə şəbih gətirmək həm ona mühəvvəl olmuşdu. Şüai şəbih büsatına dair mükalimələr yazıb, mərsiyələr inşa etmişdir və bunlardan əlavə bir kitab hürufi-heça qafiyəsində təlif edib, öz həyatında birinci dəfə çap etdiribdir. Çifayda, o kitabı ələ gətirmək bizə məqdur olmadı. Mirzə Kərim Şüai türk və fars dillərinə dara, fəsih bir şəxs olduğuna [binaən], bu dillərdə onun əşarü kəlamları vardır. Şüai vəfat edibdir tarixi-miladın 1894-cü sənəsində Dərbənd şəhərində. Onun böyük oğlu Məhəmmədəli nam Badkubədə qulluq edir və ikinci oğlu Şəhriyar bəy Dərbəndin uyezdni xəzinəsində çinovnikdir. |