Mirzə Kərim bəy Nəsirbəyov

Mirzə Kərim bəy Nəsirbəyov (1828-1890) — məmur, şair.[mənbə göstərin]

Mirzə Kərim bəy Nəsirbəyov
Mirzə Kərim Məşədi Əsəd bəy oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Aşqabad, Rusiya imperiyası
Uşaqları Muxtar bəy, Adil bəy
Fəaliyyəti diplomat

Mirzə Kərim bəy Məşədi Əsəd bəy oğlu 1828-ci ildə Şuşa şəhərində doğulmuşdur. Mədrəsədə mükəmməl təhsil almışdı. Bir neçə şəql dillərini və rus dilini kamil bilirdi. Mirzə Kərim bəy öncə Şuşa şəhərində dövlət idarəsində işə düzəlir.Bir müddət qəza məhkəməsində çalışır. Kollej qeydiyyatçısı, mülki çini alır. Sonra Tiflis şəhərinə çağrılır, Qafqaz valisinin yanında dilmanc (tərcüməçi) təyin edilir. Bilik bacarığı sayəsində ucalır. Çarın özəl fərmanı ilə Məşhəd şəhərində Rusiyanın konsulu olur. Mirzə Kərim bəy Nəsirbəyov Məşhəd şəhərində işləyir. Vəzifəsini can-başla yerinə yetirsə də, şikayətlər, danoslar məktublar nəticəsində işdən çıxarılıb Aşqabad şəhərinə göndərilir. Bir müddət də orada çalışır. Mirzə Kərim bəy 1890-cı ildə Aşqabad şəhərində vəfat edib.

Mirzə Kərim bəyin Muxtar bəy (1858-?) və Adil bəy (1873-?) adlı oğulları vardı.

Mirzə Kərim Nəsirbəyov Iran şahı tərəfindən xan ünvanı, "Şiri-Xurşid ordeni" ilə təltif edilmişdi. Rus çarı tərəfindən isə kollej qeydiyyatçısı, kollej katibi, kollej asessoru çinləri və bir çox orden və medallarda ödüllənmişdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mirzə Kərim bəy şair idi. Rəvan təblə, zərif zövqlə gözəl şerlər yazırdı. Şeirlərin çoxu fars dilindədir. Qoşqularının birində deyilirdi:

Hansı fəsildə ki, bülbül gül dərdindən nalə çəkir, susqunam Könlümün quşu bülbülün əksinə xəzan çağında nalə çəkər. (Sətri tərcümə)

  • Ənvər Çingizoğlu, Nəsirbəyovlar, "Soy" dərgisi, 7 (27), Bakı, 2009. səh.3-15.