Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirzə Məhəmməd Zamanbəyli (1 avqust 1860, Kənd Şahbuz, Naxçıvan qəzası – 1923) — maarifçi, xeyriyyəçi, AXC Maarif Şurasının üzvlərindən biri.[1]
Mirzə Məhəmməd Zamanbəyli | |
---|---|
Doğum tarixi | 1 avqust 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 1923 |
Uşaqları | Xurşud Zamanova, Qafar Zamanov, Fərhad Zamanov, Səttar Zamanov, Zöhrə Zamanova |
Fəaliyyəti | müəllim, maarifçi, xeyriyyəçi |
Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı il tarixdə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvanda Şahbuz kənddə məşhur sərkərdə, Rus-İran müharibələrinin iştirakçısı Zaman-Xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olub. H.Fərzəlibəy naxçıvanlıların xeyriyyəçisi və maarifçisi kimi də tanınıb. Yoxsul və kimsəsiz uşaqların təhsil almasına qayğı göstərir. Daha sonra təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına gedir. Görkəmli maarifçi və pedaqoq K.D.Uşinskinin layihəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın seminaristi və ilk məzunlarından biri olan M. M. Zamanbəyli fəaliyyətinin bütün dövrlərini xalqın maariflənməsinə həsr edib. Hələ o, seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq A. O. Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub.
M. M. Zamanbəyli maarifçiliklə yanaşı, xeyriyyəçilik xidmətlərini də davam etdirib. Belə ki, o "Xeyriyyə" cəmiyyətini yaratmaqla mülklərindən əldə etdiyi bütün gəlirləri kimsəsiz və yoxsul ailələrə, uşaqlara paylayıb. Öz vəsaiti hesabına onlarla yeniyetmələri Qori Seminariyasına təhsil almağa göndərib. M.Məhəmməd bəy Şahbuzda məktəb tikdirmiş, məktəbin maliyyə məsələlərini də öz vəsaiti hesabına həll etmişdir.[2] 1913–1915 ci illərdə İrəvan Müəllimlər Seminariyasında müəllimi kimi marifçilik işini davam etdirib.
1918-ci ildə M. M. Zamanbəyli də Azərbaycan Xalq Cumhuriyyətini yaradılması üçün mübarizə aparan ziyalılardan biri olmuşdur. Xalq Cümhuriyyəti Şərqin, türk və müsəlman dünyasının ilk müstəqil dövləti kimi tanındı. Cümhuriyyətin Gəncədə fəaliyyəti dövründə M. M. Zamanbəyli Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyətə başladı. O, elmi biliyi və pedaqoji təcrübəsini nəzərə alaraq təklif olunan vəzifələrdən imtina etmiş, yalnız təhsildə xidmət göstərmişdir. Xalq Cümhuriyyətinin Gəncə və Bakıda fəaliyyəti zamanı təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında Zamanbəyli öz pedaqoji təcrübəsindən istifadə etmişdir. Zamanbəyli həmçinin 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsində iştirakçılardan biri olmuşdur. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra M.M.Zamanbəylinin İran dövlətindən sığınacaq istəsə də, onun müraciətləri cavabsız qalır. Görkəmli maarifçi 1923-cü ildə vəfat etmişdir.