Mirzə Məhəmməd xan Səfdər Cəng

Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng Baranlı və ya daha çox tanındığı adı ilə Səfdər Cəng (15 dekabr, 1708 - 5 oktyabr, 1754) — Aud nəvvabı. Səfdər Cəng Böyük Moğol imperiyasının zəiflədiyi dövrdə saraydakı əsas şəxslərdən biri olmuşdur. O, Audun ikinci nəvvabı olmuş və bu vəzifədə həm dayısı, həm də qayınatası olan Səadət Əli xanı əvəz etmişdir. Ondan sonrakı bütün Aud nəvvabları Səfdər Cəngin soyundan gələn şəxslər olmuşdurlar.

Mirzə Məhəmməd xan Səfdər Cəng
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng
19 mart, 1739 – 5 oktyabr, 1754
ƏvvəlkiI Səadətəli xan
SonrakıCəlaləddin Mirzə Heydər xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nişapur, İran
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Sultanpur
Dəfn yeri Səfdər Cəng türbəsi, Yeni Dehli
Fəaliyyəti siyasətçi
Uşaqları oğlanları:
Heydər xan
Dini Şiə İslam
Hərbi xidmət
Döyüşlər
  • Dekan döyüşləri[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Azərbaycan hakimləri Qaraqoyunlu sülaləsinin soyundan gəlirdi.

1739-cu ildə o, həm dayısı, həm də qayınatası olan I Bürhan-ül-Mülk Səadət Əli xanı devirərək Aud taxtına oturdu və oranı 19 mart 1739-cu ildən 5 oktyabr 1754-cü ilə qədər idarə etdi. Böyük Moğol imperatoru olan Məhəmməd şah ona Səfdər Cəng titulunu vermişdir.[1]

Bacarıqlı hakim olan Səfdər Cəng nəinki Auddakı sabitliyi qoruyub saxlaya bilmiş, eyni zamanda artıq hakimiyyəti zəifləmiş Məhəmməd şaha da yüksək səviyyədə dəstək göstərmişdir. Bundan qısa müddət sonra ona Kəşmirin də hakimliyi verilmiş və Dehli sarayında əsas fiqurlardan birinə çevrilmişdir. O, Məhəmməd şahın hakimiyyətinin son illərdə bütün imperiya üzərində hakim mövqeyə sahiblənmişdi. Əhməd şah Bahadur 1748-ci ildə Dehlidə taxta çıxdığı zaman Səfdər Cəng Vəzir-ül-Malik-i-Hindustan, yəni bütün Moğol imperiyasının baş naziri oldu. Bir qədər sonra o, həm də Acmerin hakimi təyin edildi və Narnaulun "Faujdar"ı[a] oldu.[3][4] Vəzir kimi bütün hakimiyyəti əlində cəmləşdirən Səfdər Cəngin qarşısında şahın yalnız quru adı qalmışdı və o, gününü kef məclislərində keçirməklə məşğul idi. Lakin Səfdər Cəng onun ailəsi o qədər sərt davrandı ki, sonunda şah maratxlardan onu saraydan qovmalarını istədi. Beləliklə, Səfdər Cəng də saray daxili münaqişələr nəticəsində o da, mövqeyini sona qədər saxlaya bilmədi. O, 1753-cü ilin dekabrında Auda geri döndü və özünün hərbi mərkəzi, inzibati paytaxtı kimi Feyzabadı seçdi. O, 1754-cü ilin oktyabrında 46 yaşında Feyzabadın yaxınlığındakı Sultanpurda vəfat etdi.[4][3]

Səfdər Cəngin tabeliyində 40 min süvari ordu var idi. Onların çoxu Hindistandan olan müsəlmanlar idi. Bu süvarilərin xeyli hissəsi Kəşmirin Cadibal bölgəsindən səfərbər edilməkdə idi. Bu süvarilər heyim olaraq özlərini qızılbaşlara oxşatmaqda idilər.[5][6] Onun dövründə digər yerlərdə təzyiqlərə məruz qalan Kəşmiri şiələr bir şiə dövləti olan Aud krallığına sığınmaqda idilər. Onlar burada təzyiqlərdən xilas olmaqla birlikdə, incəsənət nümayəndələri saray himayəsi qazanmaqda idilər. Bu, xüsusən Kəşmirin Cadibal bölgəsindən olan şəxslərə aid idi. Onlar Səfdər Cəngə Hindistan şiələrinin qılıncı kimi baxmaqda idilər.[7]

Onun ölümündən sonra oğlu və Aud nəvvabı Cəlaləddin Mirzə Heydər xan şahdan atası üçün Dehlidə məqbərə tikməyə icazə istədi və bu icazə qəbul edildi. Onun xatirəsinə tikilmiş məqbərə efiopiyalı memar tərəfindən dizayn edilmiş, Bilal Məhəmməd xan tərəfindən inşa edilmişdir.[3][8]

Səfdər Cəngin xatirəsinə tikilən məqbərə 1754-cü ildə inşa edilmişdir. Məqbərə Yeni Dehli şəhərində hal-hazırda Səfdər Cəng adlanan yolun kənarında yerləşməkdədir.[9] Bu məqbərənin ətrafında inşa edilən bir çox müasir binalar da onun adını daşımaqdadır. Bunlara misal olaraq, Səfdər Cəng Hava Limanı[10]Səfdər Cəng Xəstəxanası[11][12] göstərmək olar. Yeni Dehlidə onun adını daşıyan böyük məhəllə vardır.[13][14] 1930-cu ildə onun adını daşıyan film çəkilmişdir. Rejissoru Əbdür Rəşid Kardar olan filmin adı Səfdər Cəng adlanmaqdadır.[15][16][17]

Mirzə Məhəmməd xan Səfdər Cəng Qaraqoyunlu sülaləsinə məxsusdur. Qaraqoyunlu dövləti dağıldıqdan sonra Cahanşahın nəvəsi ilə Əlvənd Mirzə Qaraqoyunlunun oğlu Pirqulu bəyin Yusif Mirzə Qaraqoyunlunun qızı Xədicə Bəyimlə evliliyi sülalənin Hindistan qolunun əsası qoyulmuşdur. Lakin bu ailənin soyundan gələn şəxslər XVI əsrdə Hindistana köçmüş, orada Qütbşahlar dövlətini yaratmışdırlar. Sülalənin qurucusu olan Sultanqulu bəy Baranlı Həmədan vilayətində dünyaya gəlmişdi. O, Qaraqoyunlu sülaləsinə mənsub olan bir Türkman idi və Qara Yusifin soyundan gəlirdi.[18][19] XVI əsrdə o, dayısı Allahqulu, bəzi dostları və ailəsi ilə birlikdə Dehliyə mühacirət etdi. Daha sonra o, cənubda yerləşən Dəkkənə yollandı və orada müsəlmanlardan II Mahmud şah Bəhməniyə xidmət etməyə başladı. Səfdər Cəngin ölümündən sonra yerinə oğlu Şüca əd-Dövlə və ya Cəlaləddin Mirzə Heydər xan keçmişdir.[20][21]

  1. Moğolların tabeliyində fəaliyyət göstərən vəzifə. Bu vəzifənin sahibi hərbi komandan funksiyası ilə birlikdə, hüquqi və torpaq vergisi toplanması məsələləri ilə də məşğul olurdu.[2]
  1. "HISTORY OF AWADH". www.indiancoins.8m.com. 3 August 2001. 4 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.
  2. Siddiqi, 2007. səh. 251
  3. 1 2 3 Batra, 2012. səh. 11
  4. 1 2 Dalrymple, 2003. səh. 136-138
  5. Srivastava, 1933
  6. Sarkar, 1964. səh. 254
  7. Sameer Hamdani, 2022
  8. "List of Muhammadan and Hindu Monuments Vol.2". 1919.
  9. "Safdar Jang Tomb Garden". www.gardenvisit.com. 27 August 2006. 17 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.
  10. "End of the road". Mint. 15 October 2009. 21 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2023.
  11. Directorate of Health Services Arxiv surəti 21 iyun 2008 tarixindən Wayback Machine saytında. Vardhman Mahavir Medical College & Safdarjung Hospital Arxivləşdirilib 21 iyun 2008 at the Wayback Machine
  12. "Hospital Profile". Vardhman Mahavir Medical College & Safdarjung Hospital. 16 November 2007. 16 November 2007 tarixində orijinalından arxivləşdirilib.
  13. "Television crew from Taiwan were shooting for travel show". Indian Express. 20 September 2010.
  14. "RS MPs still looking for a plot". The Times of India. 12 January 2006. 25 September 2012 tarixində orijinalından arxivləşdirilib.
  15. Ashish Rajadhyaksha; Paul Willemen. Encyclopedia of Indian Cinema. Taylor & Francis. 10 July 2014. 17–. ISBN 978-1-135-94325-7. İstifadə tarixi: 23 March 2015.
  16. "Safdar Jung". filmiclub.com. FilmiClub. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2015.
  17. "A. R. Kardar". filmtvguildindia.org/. The Film & Television Producers Guild of India Ltd. 30 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2015.
  18. Minorsky, 1955. səh. 50–73
  19. Khan, 1996. səh. 2
  20. Mubayi, 2022
  21. Michell və Zebrowski, 1999. səh. 17

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]