Mirzə Məmmədquluzadə (tam adı:Məmmədquluzadə Mirzə Ələkbər Məmmədqulu oğlu; v. 22 may 1922, Ağcabədi rayonu)— ziyalı, ictimai xadim.
Mirzə Məmmədquluzadə | |
---|---|
Vəfat tarixi | 22 may 1922 |
Vəfat yeri |
1872-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Cəlil Məmmədquluzadə qardaşıdır.Mollaxanada, Naxçıvan şəhər ibtidai məktəbini oxumuşdur. Qori Müəllimlər Seminariyasına daxil olmaq təşəbbüsü nəticəsiz qalmışdır.
22 may 1922-ci ildə Ağcabədi rayonun Kəhrizli kəndində vəfat edib.
Cənubi Azərbaycan məşurətə hərəkatında fəal iştirak etmiş, Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınmış, Şeyx Məhəmməd Xiyabani ilə ünsiyyət saxlamışdır. Molla Nəsrəddin jurnalının Cənubi Azərbaycanda əsas abunə müvəkkili olmuşdur.
Sovet hakimiyyəti illərində və ondan əvvəl çox vaxt Kəhrizlidə yaşamış Həmidə xanım Məmmədquluzadə-Cavanşirə məxsus təsərrüfatın idarə olunmasında ona yaxından köməklik göstərmişdir.