Mirzə Sakit

Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair.

Mirzə Sakit
Doğum tarixi 19 oktyabr 1959(1959-10-19) (64 yaş)
Doğum yeri
Fəaliyyəti şair
Janrlar satira, tənqid

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb[1].

2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir.

2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.[2]

  1. "JURNALİSTLƏR HƏBSDƏ QALDI". 2015-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.