Meysəri — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılmışdır.[1]
Meysəri | |
---|---|
40°39′57″ şm. e. 48°35′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
XIX əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd XV əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun "sol cinahı" cəvanğar və ya meysərə adlanırdı.[2]
Kənd Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir.
Kənd əhalisi 795 nəfərdir ki, onun da 409 nəfərini kişilər, 386 nəfərini isə qadınlar təşkil edir.
Kənddə 162 təsərrüfatı var.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |