Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri.
Mirzə Talıb xan | |
---|---|
fars. طالبخان اردوبادی | |
1610/1611 – 1621 | |
Əvvəlki | Hatəm bəy Ordubadi |
Sonrakı | Salman xan Ustaclı |
1632 – 1633 | |
Əvvəlki | Xəlifə sultan əl-Hüseyni |
Sonrakı | Sarı Tağı |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 27 iyul 1634 |
Fəaliyyəti | siyasətçi |
Atası | Hatəm bəy Ordubadi |
Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.[1]
1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.[1]