Mirzəcan Mədətov (1809, Çanaqçı – 1851, Şuşa) — erməni əsilli Azərbaycan şairi.
Mirzəcan Mədətov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Çanaqçı, Vərəndə mahalı, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa |
Fəaliyyəti | şair |
Mirzəcan Mədətov Vikimənbədə |
Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi.
Əvvəllər Tiflis dəftərxanasında işləyən sənətkar sonralar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifi oldu. Onun yaradıcılığı əsasən Aşıq Pəri ilə dəyişmələrdən və məktublaşmalardan ibarətdir.
Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər dəyişmələrində, istər də ithaflarında biz bunların şahidi oluruq.
Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir. Həmin qoşmaların bəndlərindən birində Dağıstan adının ayrıca vurğu ilə çəkilməsi də maraq doğurur. Bu amilin iki yozumu ola bilər. Tiflisdə Sərdarın sağ əli olan, dəftərxanada onun mühüm işlərini görən Mirzəcan Mədətovun Dağıstanla əlaqədar adının çəkilməsi o dövrün ictimai-siyasi vəziyyətlərinə aid ola bilərdi. Əlbəttə, bunlar şəxsi qənaətdi və bir daha dərin axtarışa ehtiyacı var.
Mirzəcan Mədətov mülkədar idi. Xırxan, Sus kəndlərində mülkü vardı.
Mirzəcan bəy Mədətov Mina xanımla ailə qurmuşdu. Səfiyə xanım adlı qızı vardı.