Çanaqçı — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Çanaqçı | |
---|---|
39°42′09″ şm. e. 46°49′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.119 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Çanaqçı çayının sahilində, dağətəyi ərazidədir. Kənd haqqında belə bir məlumat verilir ki, yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Həmin ailələr əvvəllər ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Etnotoponimdir. Keçən əsrə aid ədəbiyyatlardan məlum olur ki, Daşkəsən rayonunun Zinzahal inzibati ərazi vahidində Canaqçı adlı kənd olmuşdur. Ermənistanın Ararat rayonundakı Sovetaşen kəndinin adı da 1948-ci ilə qədər Çanaqçı olmuşdur[2].
Azərbaycanlılar Çanaqçıdan erməni separatçıları tərəfindən 1989-cu ildə qovulublar.[3] 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və Avetaranots adlandırılıb. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Çanaqçı qəsəbəsinin əhalisinin faktiki sayı 920 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 1039 nəfər kimi göstərilib.[5]
Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Çanaqçı çayının sahilində, dağətəyi ərazidədir. Kənd haqqında belə bir məlumat verilir ki, yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Həmin ailələr əvvəllər ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Etnotoponimdir. Keçən əsrə aid ədəbiyyatlardan məlum olur ki, Daşkəsən r.nunun Zinzahal i.ə.v.-də Çanaxçı adlı kənd olmuşdur. Ermənistanın Ararat rnundakı Sovetaşen kəndinin adı da 1948-ci ilə qədər Çanaxçı olmuşdur.[6]
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |