Mirzo Tursunzadə[1] (tac. Мирзо Турсунзода, 19 aprel (2 may) 1911, Karataq[d], Rusiya Türkistanı general-qubernatorluğu – 24 sentyabr 1977, Düşənbə) — Tacikistanın Xalq şairi (1961), Sosialist Əməyi Qəhrəmanı (1967).[2]
Mirzo Tursunzadə | |
---|---|
tac. Мирзо Турсунзода | |
Doğum tarixi | 19 aprel (2 may) 1911 |
Doğum yeri |
|
Vəfat tarixi | 24 sentyabr 1977 (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, siyasətçi |
Əsərlərinin dili | Tacik dili |
Janr | şeir |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mirzo Tursunzadə 2 may 1911-ci ildə Tacikistan Respublikasının Buxara əmirliyinin Karataq kəndində anadan olub. 1925-ci ildə Pedaqoji Texnikuma qəbul olan şair 1930-cu ildə Tacikistan Maarif İnstitutunu bitirib.[2]
Mirzo Tursunzadə əmək fəaliyyətinə "Tacikistan komsomolu" qəzetində başlayıb. Həmçinin A.S.Puşkin adına Musiqili Dram Teatrında ədəbi hissənin rəhbəri vəzifəsini icra edib.[2]
Mirzo Tursunzadə 1946-cı ildən Asiya və Afrika xalqları Həmrəylik Komitəsinin sədri və Tacikistan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifələrini icra edib. 1959-cu ildən SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi, habelə SSRİ Ali Sovetinin deputatı (2–9-cu çağırış) olub. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunub.[2]
Əsərlərini tacik və rus dillərində yazan Mirzo Tursunzadənin 21 yaşı olarkən, 1932-ci ildə ilk "Qələbə bayrağı" adlı məcmuəsi nəşr olunub. Həmin məcmuədə kiçik hekayələr, şeir və oçerklər toplanıb.[2]
Mirzo Tursunzadə XX əsrin 30-cu illərində "Hökm", "Xosrov və Şirin" poemalarını yazıb. Onun Böyük Vətən müharibəsi illərində nəşr etdirdiyi poeması "Tahir və Zöhrə" olub. Ədibin 1939-cu ildə çap olunan "Şeirlər" adlı kitabında dünyada baş verən müharibələr və onun gətirdiyi ağrı-acı, xalqlar dostluğu və vətənpərvərlik hissləri öz əksini tapmışdır.[2]
Ədibin Böyük Vətən müharibəsindən sonra yaradıcılığında başlıca mövzular tacik xalqının taleyi və azadlığı uğrunda mübarizə təşkil edirdi. Bu baxımdan şairin 1947–1948-ci illərdə qələmə aldığı "Hindistan balladası" və 1950-ci ildə yazdığı "Mən azad Şərqdənəm" silsilə əsərləri diqqəti cəlb edir.[2]
Mirzo Tursunzadənin "Asiyanın səsi" (1956), "Əbədi nur" (1957) və s. poemalarında da başlıca mövzular azadlıq mübarizəsi, sülh uğrunda mübarizə olub. Eyni zamanda 1954-cü ildə qələmə alınan "Arabaçı Həsən" epik poemasında şair tacik kəndlisinin taleyindən bəhs edib. Tacik şairi olan Mirzo Tursunzadənin Azərbaycana həsr edilmiş şeirləri və Azərbaycan poeziyasından nümunələri vardır. Şairinşeirlərinin bir qismini Azərbaycan dilinə şair Qasım Qasımzadə tərcümə edib.[2]
Mirzo Tursunzadə 24 sentyabr 1977-ci ildə vəfat edib.[2]