Misir gerbi — Afrika ölkəsi olan Misir tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerb Səlahəddin Əyyubi dövründən qalmış və heraldika baxımından sağa baxan qartaldan ibarətdir. Səlahəddin Əyyubi qartalı və ya Ərəb qartalı da adlandırılan qartal, qanadları açıq vəziyyətdə olub və qanadlar ağ və qızılı sarı rəngə sahibdir. Qartalın orta hissəsində qalxanda şaquli vəziyyətdə Misir bayrağı yerləşir və bayraqdakı gerb bu hissədə yerləşdirilməmişdir. Qartalın pəncələri ilə tutulan şüar hissəsində isə ərəb dilində ölkənin adı جمهوريّة مصرالعربيّة / Cümhuriyyət Misir əl-ərəbiyyə (Azərbaycanca: Misir Ərəb Respublikası) yazılmışdır.
Misir gerbi | |
---|---|
ərəb. جمهوريّة مصرالعربيّة/Cümhuriyyət Misir əl-ərəbiyyə | |
Detallar | |
Armiger | Misir Ərəb Respublikası |
Təsis edilib | 4 oktyabr 1984 |
Təsdiq edilib | 4 oktyabr 1984 |
Şüar | Cümhuriyyət Misir əl-ərəbiyyə |
Vikianbarda əlaqəli mediafayllar |