Misrəddin Sadıqov

Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Müsrəddin Sadıqov
Sadıqov Misrəddin Allahverdi oğlu
Doğum tarixi (69 yaş)
Doğum yeri Cil, Çəmbərək rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi optimallaşdırma
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi

Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır.

Ailəlidir, üç övladı var.

  • 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır.
  • Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır.

Təhsili, elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU
  • 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
  • 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi»
  • 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi»

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
  • 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU
  • 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU
  • 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
  • 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
  • 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
  • 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
  • 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu
  • 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu

Apardığı dərslər

[redaktə | mənbəni redaktə et]

Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə.

94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.