Mixael Şumaxer

Mixael Şumaxer (alm. Michael Schumacher‎; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ]  ( dinlə); 3 yanvar 1969[1][2][…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir.

Mixael Şumaxer
alm. Michael Schumacher
Ləqəbi Marcel Niederhausen[3]
Doğum tarixi 3 yanvar 1969(1969-01-03)[1][2][…] (55 yaş)
Ölkə Almaniya Almaniya
Maşın 23
Komanda Mersedes GP
Formula 1 karyerası
Yarış sayı 250 (248-də start alıb)
Çempionluq 7 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004)
Birincilik 91
Cəmi xal 1369
Poul sayı 68
Podium 154
Rekord dərəcə 76
Birinci yarış 1991 Belçika Qran Prisi
İlk birincilik 1992 Belçika Qran Prisi
Mövqeyi 2-ci (2006)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu.

2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.