Mixail İvanoviç Avilov (rus. Михаил Иванович Авилов; 6 (18) sentyabr 1882, Sankt-Peterburq[1][2] – 14 aprel 1954[1][2], Leninqrad[1][2]) — Rusiya və SSRİ rəssamı və pedaqoqu, RSFSR Xalq Rəssamı (1953), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), birinci dərəcəli "Stalin" mükafatı laureatı ( 1946).
Mixail Avilov | |
---|---|
rus. Авилов Михаил Иванович | |
Doğum tarixi | 6 (18) sentyabr 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1954[1][2] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, müəllim |
Janrlar | tarix rəssamlığı, batal janrı, peyzaj, janr rəssamlığı |
Stil | realizm |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
6 sentyabr 1882-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. Birinci Dünya müharibəsində iştirak etmişdir. 1893-cü ildə İncəsənəti Təşviq edən İmperator Cəmiyyətinin Rəssamlıq Məktəbində oxumuşdur. 1903-cü ildə Lev Yevqrafoviç Dmitriyev-Kavkazskinin studiyasında çalışmışdır. 1904-cü ildə Ali Rəssamlıq Məktəbində, Frans Rubonun, 1910-cu ildən Nikolay Samokişin emalatxanasında çalışmışdır. 1913-cü "Şahzadə gəzintidə" tablosuna görə rəssam adına layiq görülmüşdür.[3]