Mixail Boyarski

Mixail Boyarski (rus. Михаи́л Серге́евич Боя́рский; 26 dekabr 1949[1][2], Leninqrad) — Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənni.[3]

Mixail Boyarski
rus. Михаи́л Серге́евич Боя́рский
2010-cu il
2010-cu il
Doğum adı Михаил Сергеевич Боярский
Doğum tarixi (74 yaş)
Doğum yeri SSRİ SSRİ
Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR, Leninqrad
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti müğənni, teatr aktyoru, kino aktyoru, aparıcı, gitaraçı, klavişçi[d], kaskadyor, televiziya aparıcısı, Azarkeş
Fəaliyyət illəri 1973-cü ildən
Təhsili
Mükafatları "Şərəf" ordeni (Rusiya)
"RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0101614
İmzanın şəkli
mboyarskiy.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1949-cu il dekabrın 26-da Leninqradda anadan olmuşdur.[3]

Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar, lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar.[3]

Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q. Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir.[3]

Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilərkən 22 yanvar 2002.

Mixail Boyarskinin kinoda debütü rejissor Vasili Paskarunun 1973-cü ildə çəkdiyi "Körpülər" filmində Qitsu rolu ilə başlayır. 1974-cü ildə rejissor Leonid Kvinixidzenin "Saman papaq" komediya filmində (Ninardi) rol alır. Bundan sonra bir neçə uşaq filmində — 1975-ci ildə "Maşa və Vityanın Yeni il sərgüzəştləri"ndə Matvey pişik, 1976-cı ildə Lyudmila Qurçenko ilə birgə məşhur "Mama" filmində Canavar və digər rollara çəkilir. 1975-ci ildə "Böyük oğul" filmində yaratdığı Silva rolu ilə tamaşaçı rəğbəti qazanır.[3]

1978-ci ildə rejissor Georgi Yunqvald-Hilkeviçin çəkdiyi "D’Artyanyan və üç muşketyor" filmində oynadığı baş rol və oxuduğu mahnılar ona böyük şöhrət gətirir. Aktyor o qədər populyarlaşır ki, həyat yoldaşı Larisa ilə birgə həyətə də çıxmaqda çətinlik çəkir, çünki dəhlizin divarlarında sevgi məktubları yazılır, pərəstişkarlar yolda onların qarşısını kəsir, telefon zəngləri isə heç susmur. Yeri gəlmişkən, filmin populyarlığını nəzərə alan rejissor Georgi Yunqvald-Hilkeviç 1992-ci ildə "Muşketyorlar 20 ildən sonra" və 1993-cü ildə "Şahzadə Annanın sirləri və ya muşketyorlar 30 ildən sonra" filmlərini çəkir. Bu filmlər də tamaşaçılar tərəfindən çox sevilir.

Bundan başqa, Mixail Boyarski "Qardemarinlər, irəli", "İlf qəsrinin məhbusu", "Böyük Pyotr. Vəsiyyət", "İdiot" və s. filmlərə çəkilib.[3]

Uzun müddət Sankt-Peterburqda "Benefis" teatrının direktoru işləyən aktyor, müğənniliklə də məşğul olur, "Silver" qrupunda öz mahnılarını oxuyur.[3]

Məşhur aktyor Yuri Nikulinin ölümündən sonra televiziyada "Ağ tutuquşu" verilişinin aparıcısı olub.[3]

65 yaşlı aktyorun üç nəvəsi var.[3]

Qızı Yelizaveta atasının yolunu davam etdirir. O, aktrisa olmaqla yanaşı, həm də reklamlara çəkilir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]