Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri.[2]
Sergey Boyarski | |
---|---|
rus. Сергей Михайлович Боярский | |
Doğum tarixi | 24 yanvar 1980 (44 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Atası | Mixail Boyarski |
Anası | Larisa Luppian |
Təhsili |
|
Fəaliyyəti | müğənni, siyasətçi, menecer, aktyor, musiqiçi, prodüser, gitaraçı, pianoçu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d], sahibkar |
Partiyası | |
sergeyboyarskiy.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır.[3][4]"Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.[5][6]
1980-ci illərin ortalarında Viktor Reznikov və Mixail Boyarski, oğulları - Andrey Reznikov və Sergey Boyarskinin də daxil olduğu musiqi kvarteti yaratdılar. 1986-cı ildə kvartet "Dinosaurs" mahnısı ilə məşhurlaşdı, S.Boyarski ilk dəfə səhnəyə çıxdı. 1996-cı ildə o öz musiqi qrupunu yaratdı. Əvvəlcə qrup "Stinger" adlandırıldı. 2001-ci ildə qrupun tərkibi dəyişdi eyni zamanda o vaxtdan bəri qrupun adı "BIBA" adlanmağa başladı. 2002-ci ilin sonunda Moskvada albom yazdı. "Mosfilm" studiyasında "Cəsarətli olun" mahnısına klip çəkdirdi, klip MTV kanalında nümayiş olundu.[7]
Sergey Boyarski 2011-ci il seçkilərində Sankt-Peterburq Qanunverici Məclisinə deputatlığa namizəd idi.
2012-ci ildə Sankt-Peterburqun qubernatoru Georgi Poltavchenkonun ictimaiyyətlə əlaqələr üzrə müşaviri olaraq iştirak etmişdir.[8] Elə həmin il Sergey Boyarski könüllü olaraq qubernatorun məsləhətçisi vəzifəsi ilə yanaşı, Şəhər Televiziya və Radio Yayımları Agentliyi ASC olan Sankt-Peterburq TV kanalının baş direktoru təyin edildi.[9]
Telekanalın baş direktoru vəzifəsində işin prioritetlərindən olan Sergey Boyarski bütün Rusiyada 21-ci düymənin regional telekanallara təhkim olunduğunu görürdü. O, bu barədə dövlət başçısı Vladimir Putinə birbaşa xətt üzrə məlumat verib.[10] Müvafiq qanun layihəsi 2016-cı ilin sonunda Dövlət Duması tərəfindən qəbul edilib.
2016-cı ilin mart ayında Sergey Boyarski Vahid Rusiya tərəfdarları Mərkəzi Şurasının həmsədri seçildi. Martın 21-də partiya rəyasət heyəti onun namizədliyini dəstəklədi.[11]
2017-ci ildə "Vahid Rusiya" Partiyası Baş Şurasının rəyasət heyətinin tərkibinə partiya tərəfdarları ilə qarşılıqlı fəaliyyətin kuratoru kimi daxil edilib. 2018-ci ilin yayında vətəndaş təşəbbüslərinə dəstək Mərkəzi, qeyri-kommersiya təşkilatları ilə işləməyi nəzərdə tutan EP tərəfdarlarının yeni layihəsi yaratmışdır.[12]
2016-cı ilin sentyabr ayından "Vahid Rusiya" fraksiyasının üzvü, Dövlət Dumasının deputatıdır. İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, Sankt-Peterburqun Komitə üzrə yeganə nümayəndəsidir[13]
Ədəbiyyat və incəsənət əsərlərinin vandalizmdən qorunması, yetkinlik yaşına çatmayanların cinsi zorakılıqdan qorunması və intihar aktlarına təhrik edilməsi ilə bağlı qanun layihələrinin həmmüəllifidir.
2017-ci ildə Dumaya sosial media saytlarında qeyri-qanuni məlumatların və bilərəkdən yalan sosial əhəmiyyətli məlumatların yayılmasının qarşısının alınması məqsədi ilə sosial şəbəkələrin özünü tənzimlənməsi haqqında qanun təqdim etdi.
2016-cı ildən 2019-cu ilədək VII çağırış Dövlət Dumasının deputatı səlahiyyət müddətində 21 qanunverici təşəbbüs və federal qanun layihələrinə düzəlişlərin müəllifidir.[14]
Məşqçi Rifhat Şamsutdinov ilə boksla məşğul olur, dağ xizəkçiliyi hobbiləri arasındadır.