Larisa Luppian (rus. Луппиан, Лариса Регинальдовна; d.26 yanvar 1953; Özbəkistan, Daşkənd) — Sovet və Rus teatr və kino aktrisası, Rusiyanın xalq artisti (1999)[2]. Aktyor Mixail Boyarskinin həyat yoldaşı, Sergey Boyarski və Elizabet Boyarskinin anası. Lensovet Teatrının bədii rəhbəri.
Larisa Luppian | |
---|---|
Doğum tarixi | 26 yanvar 1953[1] (70 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Uşaqları | |
Təhsili | |
Fəaliyyəti | aktrisa, aparıcı, televiziya aparıcısı |
Vikianbarda əlaqəli mediafayllar |
1953-cü ildə 26 yanvar tarixində Daşkənddə anadan olub.
Babam Daşkənddəki bir hərbi məktəbdə dərs deyirdi. Volqadan olan anam yarı rus, yarı polyak idi. Taşkənddə Tibb Universitetinə daxil oldum. Uşaq ikən valideynlərim boşandığı üçün məni alman dilində dalışan Estoniyadan olan nənəm böyütdü. Sonra anam ilə birlikdə Çirçik şəhərinə köçdük, orada uşaq bağçasına getdim, hər il yeni il tamaşalarında iştirak edir, hətta Qar Qızı da oynayırdım. 7 yaşımda olanda valideynlərim yenidən bir araya gəldi və ailəmiz yenidən Daşkəndə köçdü. İlk kino təcrübəmi ikinci sinifdə oxuyanda əldə etmişəm - o, Daşkənd kinostudiyasında "Sən yetim deyilsən" filmində rol alıb.[3] |
1974-cü ildə Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun İ.Petroviç kursunu bitirib. Lensovet Teatrında işləyir. 1986-1988-ci illərdə Lenin komsomolu Leninqrad Teatrında (1991-ci ildən - Baltik Evi Teatrı) çalışmışdır. Televiziyada "Teatr Dürbülər" televiziya proqramına rəhbərlik etmişdir.[4]
Luppian soyadı latın mənşəlidir və "səssiz canavar" deməkdir. Atası Reginald Eduardoviç Luppian 1927-ci ildə Daşkənddə anadan olub, 2013-cü ildə elə həmin şəhərdə vəfat edib. Yarı alman, yarı eston, olan atası nəcib bir ailənin varisi idi, hətta ailəvi gerbi də var idi. Anası Olga Nikolaevna Luppian 9 mart 1929-cu ildə doğulub, 2 yanvar 2010-cu ildə Sankt-Peterburqda vəfat edib. Yarısı rus, yarısı polyak olan anası uşaq həkimi kimi çalışmışdır.[5][6] Həyat yoldaşı Mixail Boyarski (1977-ci ildə ailə qurub) 26 dekabr 1949-cu ildə anadan olub. Teatr və kino aktyoru, RSFSR xalq artistidir. Oğlu Sergey Boyarski (24 yanvar 1980-ci ildə anadan olub). Vahid Rusiya partiyasından Dövlət Dumasının deputatı, musiqiçi, iş adamıdır. Onun həyat yoldaşı (1998-ci ildə ailə qurublar) Yekaterina Serqevna Boyarskaya 28 noyabr 1978-ci ildə anadan olub. Oğul nəvələri 28.11.1998 təvəllüdlü Ketrin Boyarskaya, 27.05.2008 təvəllüdlü Alexandra Boyarskaya. Qızı Elizaveta Boyarskaya 20 dekabr 1985-ci ildə anadan olub, teatr və kino aktrisası, Rusiya Federasiyasının əməkdar artisti. 28 iyul 1982-ci il təvəllüdlü həyat yoldaşı (2010-cu ildə ailə qurub) Maksim Matveev teatr və kino aktyorudur. Qız nəvələri Andrey Matveev 7 aprel 2012-ci ildə anadan olub), Qriqori Matveev isə 5 dekabr 2018-ci ildə anadan olub.