Mixail Həmid bəy Şervaşidze

Mixail Həmid bəy ŞervaşidzeAbxaziya knyazlığının son knyazı.

Mixail Həmid bəy Şervaşidze
Ҳамуҭбеи Сафарбеи-иҧа Чачба
Knyaz Mixail Həmid bəy
Knyaz Mixail Həmid bəy
Abxaziya knyazı
1823 – 1864
ƏvvəlkiDmitri Ömər bəy Şervaşidze
SonrakıII Georgi Şervaşidze
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Abxaziya
Vəfat tarixi
Vəfat yeri Voronej,Rusiya imperiyası
Dəfn yeri
Milliyyəti abxaz
Fəaliyyəti zabit
Atası Georgi Səfər bəy Şervaşidze
Anası Tamara Dadiani
Həyat yoldaşları Mariya Nikolayevna
Aleksandra Georgiyevna
Ailəsi Şervaşidze sülaləsi
Dini Sünni İslam/Pravoslav
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi general-leytenant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1806-cı ildə Georgi Səfər bəy Şervaşidze və Tamara Dadianinin ikinci oğlu olaraq dünyaya gəldi. Doğularkən adı Həmid idi. Ubıx knyaz ailəsi Berzeklər sülaləsi tərəfindən böyüdüldü. Daha sonra atası tərəfindən xristian edilərək Mixail adını qəbul etdi. Tiflisdə hərbi təhsil aldı. 1821-ci ildə atasının, 1823-cü ildə isə qardaşı Dmitri Ömər bəy Şervaşidzenin ölümündən sonra 15 yaşında knyaz elan olundu.

1824-cü ilədək abxaz-türk əsgərlərinin mühasirəsində yaşadı.[1]İmam Şamilə qarşı Rusiyanı dəstəklədiyi üçün general-mayor rütbəsini aldı. Krım müharibəsi gedişində Osmanlı generalı Ömər Lütfi Paşaya təslim oldu və Rusiyaya tabe olmaqdan imtina etdiyi üçün xain elan edildi.[2] Müharibədən sonra həbs olunaraq əvvəlcə Stavropola, oradan da Voronejə sürgün edildi. Knyazlıq isə ləğv olundu və komendant idarə sistemi gətirildi. Qəbri Abxaziyadadır.

1845-ci ildə Minqreliya knyazı Niko Dadianinin qızı Mariya Nikolayevna ilə evlənmiş və övladı olmamışdır. 1846-cı ildə başqa bir Minqrel əsilzadəsi Aleksandra Georgiyevna ilə evlənmiş, övladları olmuşdur:

  • Nikolay — uşaqkən öldü.
  • II Georgi Şervaşidze
  • Mixail Şervaşidze — ö. 1899.
  • Anna Şervaşidze — 1836-cı ildə Georgi Levanoviç Qurieli ilə evləndi, bir övladı oldu.
  • Nino Şervaşidze — Şərim bəy Marşania ilə evləndi. ö. 1867.
  • Tamara Şervaşidze — (d. 1846 — ö. 1926) Nikolay Elizbaroviç Dadiani ilə evləndi.
  • Varvara Şervaşidze — (d. 22 iyul 1850 — ö. 27 mart 1946)Aleksandr Feliksoviç von Mayendorf ilə evləndi, 1907–1917-ci illər arası Duma üzvü, 1917–1918-ci illər arası Dumaya vitse-prezidentlik etdi.
  1. "С. Смоленский. Из воспоминаний кавказца. Год на казачьем посту Военный сборник, № 9. 1872". 2013-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-21.
  2. "Последний владетель Абхазии в политической ссылке и соглашение 1844 года". 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-21.