Şervaşidze sülaləsi

Şervaşidze (gürc. შერვაშიძე,abx. Чачаа) — Abxaziya knyazlığını idarə etmiş sülalə. Kartlis Çxovrebaya əsasən III Böyük Mənuçöhrün Tamaradan olan oğullarından birinə IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi verilmiş və Şervaşidze knyaz sülaləsi başlamışdır. Şahzadənin əsl adı məlum deyil.[1]

Şervaşidze sülaləsi
Ölkə
Banisi Otaqo Şervaşidze
Sonuncu hökmdar Mixail Həmid bəy Şervaşidze
Hazırkı rəhbər Andrey Nikitiç Şervaşidze
Əsası qoyulub təxm. 1180
Soyun kəsilməsi Davam edir.
Milliyyət Abxaz
Titullar
Knyaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sülalənin adı Abxazca "Açba"dan gəlir. Abxaziyanı idarə etmiş qədim sülalə olan Açbanı əvəz edən Şervaşidzelər "açba" həm də "hökmdar" mənasına gəldiyi üçün "hökmdarlar hökmdarı" mənasına gələn "Çaçba" titulunu qəbul etmişdilər.

Knyaz Seteman Şervaşidze (1620-1640) (Müəllif: Kristoforo de Kastelli)

Sülalə 1866-cı iləcən Abxaziya knyazlığını idarə etmişdir. Hazırkı ailə başçısı Bolqarıstanda yaşayan Andrey Nikitiç Şervaşidzedir. Atası Nikita Şervaşidze 2008-ci ildə vəfat etmişdir.[2]

  1. Kirill Tumanov (1967). Xristian Qafqaz Tarixi, s. 270. Georgetown University Press
  2. "В Софии скончался полномочный представитель Абхазии в Болгарии". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-21.