Lukin Mixail Fyodoroviç (rus. Михаил Фёдорович Лукин; 18 noyabr 1892, Zubtsov, Tver quberniyası[d] – 25 may 1970, Moskva) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940)
Mixail Lukin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 noyabr 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 may 1970 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | general-leytenant, poruçik |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Fyodoroviç Lukin 6([18] noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, I Dünya Müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur.
Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
1926-cı ildə M.V.Frunze adına Hərbi Akademiya yanında komandir heyətinin təkmilləşdirilməsi kursunu bitirmişdir.
1929-cu ildən 1935-ci ilədək M.F.Lukin Lenin ordenli Xarkov atıcı diviziyasının komandiri olmuş, 21 noyabr 1935-ci ildə diviziya komandiri rütbəsinə layiq görülmüşdür.[1].
1935-1937-ci illərdə Moskvanın hərbi komendantı olmuşdur. 1937-ci ilin dekabr ayından Sibir Hərbi Dairə qoşunlarının rəis müavini, sonralar qərargah rəisi, 1939-cu ilin dekabr ayından dairə komandanının müavini olmuşdur.
1941-ci ilin yazında Lukin 16-cı ordunun formalaşdırılmasına başçılıq etmişdir. 1941-ci ildə ordusu ilə birlikdə Ukraynanın Şepetovka şəhərinə göndərilmişdir.