Mixail Speranski

Qraf Mixail Speranski (1 (12) yanvar 1772[1][2][…]11 (23) fevral 1839[1][2][…] və ya 23 fevral 1839[3], Sankt-Peterburq[4]) — Rusiya imperiyasının dövlət xadimi, millət vəkili, islahatçı.

Mixail Mixayloviç Speranski
Михаил Михайлович Сперанский
Doğum tarixi
Doğum yeri Çerkutino kəndi, Vladimir quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya imperiyası
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Uşağı Yelizaveta Mixaylovna
Fəaliyyəti dövlət xadimi, siyasətçi, hüquqşünas, filosof
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Pavelin qətlindən sonra hakimiyyətə gəlmiş I Aleksandrın islahatların layihələrinin müzakirəsinə cəlb etdiyi saray əyanlarından biridir. İstedadlı mütəfəkkir və dövlət xadimi Mixail Mixayloviç Speranski imperatorun yaxın adamına çevrilənə kimi bəzi dövlət təsisatlarının nisbətən kiçik problemləri və bəzi ayrı-ayrı islahatların müzakirəsində iştirak edirdi. I Aleksandrın tapşırığı ilə Speranski imperiyanın dövlət quruluşunun təkmilləşdirilməsi üçün bir sıra layihələr, mahiyyət etibarilə Rusiya konstitusiyasının layihələrini hazırlamışdır. Layihələrin bir hissəsi 1802-1804-cü illərdə yazılmışdır; 1809-cu ildə geniş "Dövlət qanunnamələrinə giriş", "Rusiya imperiyasının dövlət qanunları külliyyatı layihəsi" və bunlarla əlaqədar olan qeydlər və layihələr hazırlamışdır.