Anna Zegers (19 noyabr 1900[1][2][…], Mayns[5][1] – 1 iyun 1983[3][4][…], Şərqi Berlin) — Alman yazıçı.[6]
Anna Zegers | |
---|---|
alm. Anna Seghers | |
Doğum adı |
Netty Reiling Netti Reiling |
Təxəllüsü | Anna Seghers |
Doğum tarixi | 19 noyabr 1900[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyun 1983[3][4][…] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | romançı, müqavimət döyüşçüsü[d], yazıçı |
Fəaliyyət illəri | 1924-cü ildən |
Janr | elmi fantastika |
Üzvlüyü |
|
Mükafatları |
|
anna-seghers.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Zegers ailənin tək uşağı olub. 1907-ci ildə ibtidai təhsilinə başlayib, sonra 1910-cu ildə bugünkü adı Frauenlob - Gimnaziya olan qız məktəbinə gedib. Birinci Dünya müharibəsində köməkçi xidmətlərində işləyib, 1920-ci ildə isə liseyi bitirib. Köln Üniversitetində və Heidelberg Ruprecht Karl Üniversitetində tarix, incəsənət tarixi və Çin filolologiyası üzrə ixtisaslaşıb.[7] 1924-cü ildə doktor adını qazanıb.
1947-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Şərqi Almaniyaya qayıtdı və Berlində məskunlaşdı. 1947-ci ildə o, Almaniyanın ən nüfuzlu ədəbi mükafatı olan Georg Büxner mükafatına layiq görülüb.[8] 1959-cu ildə Qərar romanı, 1968-ci ildə isə davamı olan Güvən əsəri nəşr olundu. Zegers Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü idi. O, həm də Alman Yazıçılar İttifaqının sədri (1958-1978) və Alman Rəssamlıq Akademiyasının üzvü olmuşdur. 1 iyun 1983-cü ildə Berlində vəfat etmişdir.[9]
Ölümündən öncə 1969-cu ildə Anna Zegers Sovet İttifaqına dəvət edildi. Xəstəliyi səbəbindən gedə bilmədi və əvəzində o vaxt tələbə olan və rus dilini yenicə öyrənməyə başlayan nəvəsi Jan Radvanini göndərdi. 2008-ci ildə o, Moskvaya qayıdıb və Fransa səfirliyi yanında Franko-Rusiya Humanitar və Sosial Elmlər Mərkəzinə rəhbərlik edib. Yazıçının nəvəsi siyasi coğrafiya üzrə görkəmli mütəxəssisə çevrildi və onun rus macəraları "Başqa Rusiyadan qayıdış. Putinin ölkəsində batmaq" adlı əsərində əks olunub.[10]
Berlinin küçələrindən biri Anna Zegersin adını daşıyır. 1955-ci ildən ölümünə qədər yaşadığı Adlerşof rayonunda yerləşən yazıçının mənzili indi muzeyə çevrilib.[11]