Mixail Yefremov (27 fevral (11 mart) 1897 – 19 aprel 1942[1][2]) — sovet komandiri, Vətəndaş müharibəsinin və İkinci Dünya Müharibəsinin iştirakçısı, general leytenant (1940). 1996-cı ildə ölümündən sonra Rusiya Federasiyası qəhrəmanı adını alıb.
Mixail Yefremov | |
---|---|
rus. Михаил Григорьевич Ефремов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral (11 mart) 1897 |
Vəfat tarixi | 19 aprel 1942[1][2] (45 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyada gedən Vətəndaş müharibəsi dövründə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının işğalında əsas rol oynamış zirehli qatarların reydini təşkil etmiş və Azərbaycanda sovet hökumətinin qurulmasında iştirak etmişdir. 1941-ci ildə Moskvanın müdafiəsi zamanı Naro-Fominsk istiqamətində 33-cü ordunun fəaliyyətinə rəhbərlik etmişdir. 1942-ci ildə Rjevsko-Vyazemskoy əməliyyatı çərçivəsində uğursuz əks hücum zamanı həlak olmuşdur. (rəsmi məlumatlara görə özünü güllələyib[3])