Mixaín López Núnyes (20 avqust 1982[1]) — kubalı yunan-Roma güləşçisi. Bütün zamanların ən böyük güləşçisi hesab edilən López Núnyes beşqat Olimpiya qızıl mükafatçısı, beşqat Dünya Çempionu və beşqat Pan Amerika Oyunlarının çempionudur. O, kubalı həvəskar boksçu Mişel Lopes Nunyesin kiçik qardaşıdır.[3] 3 iyul 2024-cü ildə o və kubalı cüdoçu Idalis Ortís Paris 2024 Olimpiya Oyunlarının bayraqdarları təyin edilmişdirlər.[4] Lopes 2024-cü il Olimpiadasının finalında, 130 kq çəkidə çilili Yasmani Akostanı məğlub edərək müasir Olimpiadalar tarixində tək fərdi yarışda ardıcıl beş qızıl medal qazanan yeganə idmançı olmuşdur.[5]
Mixain Lopez | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 20 avqust 1982[1] (41 yaş) |
Təhsili | |
Boyu | 195 sm |
Çəkisi | 131,5 kq |
İdman növü | Yunan-Roma güləşi |
Karyera illəri | 2002[2]–2024 |
López Kubanı, Afina (2004), Pekin (2008) və Londonda (2012) keçirilən Yay Olimpiya Oyunlarında təmsil edib, 2008 və 2012-ci illərdə keçirilən açılış mərasimlərində ölkəsinin bayraqdarı olub[6] və hər iki Olimpiadada, kişilər arasında yunan-Roma güləşi yarışında, 120 kq kateqoriyasında qızıl medal qazanıb .[7] 2016-cı ildə Rio de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında López 130 kq kateqoriyasında qızıl medal qazanıb. O, 2020-ci il Tokio Oyunlarında yenə turnirdə bir xal itirmədən qızıl qazanıb, dörd Olimpiya qızıl medalı qazanan ilk kişi güləşçi, eləcə də eyni fərdi yarışda dörd qızıl medal qazanan beşinci idmançı olur.[8] Eyni Olimpiadanın açılış mərasimi zamanı o, həm də Teofilo Stivensonun göstəricisini qıraraq dörd dəfə ölkənin bayraqdarı olan ilk Kuba təmsilçisi oldu.[9]
Paris 2024 Olimpiya Oyunlarında López beşinci qızıl medalını qazanaraq, eyni fərdi yarışda beş qızıl medal qazanan ilk olimpiya idmançısı oldu. O, qələbədən sonra ənənəvi ritualla — güləşçi ayaqqabılarını döşəyin ortasında yerə qoymaqla idmandan getdiyini bildirir.