Mizu şobay

Naqoya şəhərində yerləşən bir gecə klubunun girişi.

Mizu şobay (水商売?) və ya hərfi tərcümədə su ticarətiYaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin.[1] Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun AkasakaQinza rayonlarında cəmlənib.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı.[1] Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi.[1] Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabukibunraku teatrlarına və ictimai hamamlara gəlirdi.[1] "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir.[2] Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər.[2]

"Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir.[1]

Təsvir[redaktə | mənbəni redaktə et]

Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər.[1] Karaoke barları, xüsusilə, populyardır.[1] Eləcə də, Yaponiyada minlərlə qadın gecə mizu şobayda işləyərək hostess kimi kişiləri məmnun etməyə çalışır.[1] Hətta bəzi hostesslər qadağan olunmasına baxmayaraq fahişəliklə məşğul olurlar.[1] Bar hostessləri ofisdə işləyən qadınlardan daha az işləyirlər və daha çox pul qazanırlar; qazancları müştərilərə satdırdıqları içkinin sayından asılıdır.[1]

Varlı biznesmenlər və siyasətçilər də mizu şobayla məşğul olurlar; özəl şənliklər keçirir və geyşa tuturlar.[1] Adi işçilər və tələbələr mizu şobay üçün ucuz barlara gedirlər.[1] Qadınların kişi müştərilərə hamam xidmətləri verdiyi yerlər isə "sopurando" adlanır.[1] Bunlarla yanaşı, Yaponiyada minlərlər "sevgi hoteli" fəaliyyət göstərir.[1] Cütlüklər bu hotellərdə seksual məqsədlər üçün saatlıq otaqlar tuta bilirlər.[1] Yaponiyada çikan qadağan olunduğu üçün bəzi mizu şobay klubları müştərilərinə çikan fentezisi xidməti göstərirlər.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Perkins
  2. 1 2 Galbraith. səh. 154
  3. Galbraith. səh. 42

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. səh. 376. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 17 may 2022.
  • Galbraith, Patrick. The Otaku Encyclopedia: An Insider's Guide to the Subculture of Cool Japan. Kodansha International. 2014. 248. ISBN 978-1568365497. İstifadə tarixi: 18 may 2022.