Modal söz

Modal sözlərmodal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır.

Məna növləri

[redaktə | mənbəni redaktə et]

Təsdiq (yəqinlik) bildirən modal sözlər

[redaktə | mənbəni redaktə et]

Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn:

Əlbəttə ki, düz sözə zaval yoxdur.

Doğrudan da, insan gücü tükənməzdir.

Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s.

" Ehtimal, Güman və şübhə bildirən modal sözlər "

[redaktə | mənbəni redaktə et]

Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn:

Görünür, düşmən bizim zəif yerimizi bilir.

Gərək ki, sən onu tanıyırsan.

Deyəsən, yağış yağacaq.

Ola bilsin ki, görüşümüz sabah baş tutmadı və s.

Nəticə, ümumiləşdirmə bildirən modal sözlər

[redaktə | mənbəni redaktə et]

Deməli, yaxşı ki, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət ,əvvəla,qısası və s. Məsələn:

Deməli,məni tanıyırsan.

Beləliklə, biz həmin yeri tərk etməli olduq.

Nəhayət, gözlədiyimiz gün gəlib çatdı və s.

Fikrin mənbəyini bildirən modal sözlər

[redaktə | mənbəni redaktə et]

Məncə, səncə, bizcə,fikrimizcə,zənnimcə və s. Məsələn:

Məncə, o, yalan danışmır.

Fikrimizcə, bu məsələnin həlli asandır.

Zənnimcə, o bizimlə gəlməyəcək.

Sıra və ardıcıllıq bildirən modal sözlər

[redaktə | mənbəni redaktə et]

Birincisi, əvvəla, ikincisi və s. Məsələn:

Birincisi, o hələ uşaqdır, ikincisi də, günahkar özünsən.

Təəssüf bildirən modal sözlər

[redaktə | mənbəni redaktə et]

Təəssüf ki, heyif ki, əfsus ki , eh və s. Məsələn:

Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk.

Onların hara getdiklərini, heyif ki, görə bilmədim.

Bənzətmə və ya müqayisə bildirən modal sözlər

[redaktə | mənbəni redaktə et]

Sanki, elə bil, elə bil ki, guya, və s. Məsələn:

Sanki ona dünyanı bağışladılar.

Elə danışır, elə bil ki, uşaqdır.

Modal sözlər quruluşca sadə və mürəkkəb olur. Sadə modal sözlər bir sözdən ibarət olur: bəlkə, deyəsən, xülasə, yaxşı və s. Mürəkkəb modal sözlər ayrı yazılır: əlbəttə ki, ehtimal ki, yəqin ki və s.

Bütün modal sözlər ayrı yazılır. Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir. Məsələn: Doğrusu, mən yorulmuşam. Mən, düzü, bu yerləri tanımıram. Sən öz istəyinə çatacaqsan, əlbəttə.

Düzdür, yaxşı sözləri həm modal söz, həm də sifət kimi işlənirlər.

Doğrudan sözü həm modal söz, həm isimləşmiş sifət kimi işlənir.

Görünür, deyəsən, demək, deməli, olmaya, demə, görəsən sözləri həm feil, həm də modal söz kimi işlənə bilir.

Xülasə sözü həm isim (məsələn, qəzetlərin xülasəsi) həm də modal söz kimi işlənə bilir.

Vergülün işlənməsi

[redaktə | mənbəni redaktə et]

Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Cümlənin əvvəlində gəldikdə modal sözlərdən sonra, ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur. Bu baxımdan xitabla oxşardır. Cümlənin sonunda işlənərkən cümlənin intonasiyasından asılı olaraq nöqtə, sual, nida işarəsi qoyula bilər. Məs:

1.Tutaq ki, sən kitabı almamısan.

2. Əgər dərviş olmasa idi, sözsüz , Müsyö Jordan Şahbazı aparacaqdı.

3. Elin malına xor baxanlar məğlub olacaqdır, əlbəttə.

İstisna:sanki,elə bil,guya-dan sonra vergül qoyulmur.

Əlbəttə [əlbətdə]

Təbii [təbi:]

Beləliklə [beləlix'nən]

Demək [deməx']