Modern Xəbər İnformasiya Agentliyi

"Modern" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətyönümlü media-qrup.

Modern Media Qrupu

Təsisçisi və rəhbəri Elşad Eyvazlı[1], müavini Pərvin Arzuqızıdır[2].

Media-qrupa "modern.az" xəbər saytı, "AzEdu.az" təhsil saytı və "MediaTürk TV" internet televiziyası daxildir.

Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Maqomayev 3 döngəsi, 1-ci Qəsr (indiki Şəhid Fərid Əliyev) döngəsi 78-də yerləşir. Poçt indeksi AZ 1001-dir.

"Modern.az" İnformasiya Agentliyi xəbər portalı 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Xəbər portalı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Baş redaktoru Anar Rüstəmovdur.[3]

AzEDU.az MMC 2018-ci il martın 1-dən fəaliyyət göstərir.

"AzEdu.az" təhsil portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri Azərbaycan dilində çatdırır. Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da təqdim edir.

Media Türk onlayn televiziyası 13 aprel 2021-ci ildən yayıma başlayıb.[4]

  1. "Elşad Eyvazlı yubileyini qeyd edir". modern.az (az.). 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.
  2. "Modern.az və "Nar" ən yüksək bal toplayanları mükafatlandırdı". teston.az. İstifadə tarixi: 2023-12-10.
  3. "Modern.az İnformasiya Agentliyi". modern.az (az.). 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.
  4. "Haqqımızda - Türk Dünyasının Ortaq Telekanalı". mediaturk.tv. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.