Şaxanoviç Moisey Davidoviç (15 may 1918, Starokonstantinov[d] – 19 oktyabr 1982, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (1 noyabr 1943)
Moisey Şaxanoviç | |
---|---|
rus. Моисей Давидович Шахнович | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ukrayna |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri |
|
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yəhudi |
Qoşun növü | artilleriya[d], artilleriya |
Xidmət illəri | 1938-ci ildən |
Rütbəsi | kapitan |
Döyüşlər | |
Təltifləri |
|
Moisey Şaxanoviç 15 may 1918-ci ildə Ukraynanın Starokonstantinov şəhərində yəhudi ailəsində anadan olub.[1]
Dnepropetrovsk vaqon təmiri zavodunda usta işləmişdir. 1938-ci ildə orduya çağırılmışdır. Bakı hərbi məktəbini bitirmişdir.[1]
Kapitan Moisey Şaxanoviç 51-ci ordunun tank vuran bateriyasının komandiri olmuşdur.[1]
Ukraynanın Melitopol şəhəri yaxınlığında gedən döyüşlərdə xüsusi şücaət göstərmiş, 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.[1]
Müharibə qurtardıqdan sonra Ticarət Nazirliyində işləmişdir.[1]
19 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir.[1]