Molla Əli Qarabaği

Molla Əli Molla Kəlbəli oğlu (1811, Şuşa1893, Şuşa) — şair, xəttat, müəllim. Şuşa şəhərindəki Mərdinli məscidinin axundu.

Molla Əli Qarabaği
Molla Əli Molla Kəlbəli oğlu Qarabaği
Doğum tarixi 1811
Doğum yeri
Vəfat tarixi 1893
Vəfat yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Molla Əli Qarabaği Vikimənbədə

Molla Əli Molla Kəlbəli oğlu 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı.

Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi. Bu kitab mədrəsələrdə hüsn-xətt örnəyi kimi öyrədilirdi.

Molla Əli Qarabaği muğamat həvəskarı idi. Kar xəlifə kimi tanınan bu ünlü ruhani XIX yüzilin ortasında yeni musiqi məktəbi açmışdı. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırır.

Molla Əli 1875-ci ildə Şuşa şəhərindəki Merdinli məscidinin öxundu idi. O, 1893-cü ildə vəfat edib. Mirzə Əlinin Salah, Süleyman adlı oğulları vardı.

  • Ənvər Çingizoğlu. Adlı kişinin övladları. "Soy" dərgisi, 1 (19) 2008.