Molla Nəsrəddin Ensiklopediyasi X cilddə

Molla Nəsrəddin EnsiklopediyasıMolla Nəsrəddin jurnalının ensiklopediyası

Molla Nəsrəddin
Molla Nəsrəddin Ensiklopediyası
"Molla Nəsrəddin" Ensiklopediyası
"Molla Nəsrəddin" Ensiklopediyası
Müəlliflər baş redaktor akademik İsa Həbibbəyli, məsul redaktor fil.f.d. Gülbəniz Babayeva, tərtib edən və çapa hazırlayan: fil.e.d.prof. Vüqar Əhməd, koordinator fil.f.d. Mehman Həsənli
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Nəşriyyat "Elm"
Nəşr 2020
Tiraj 300

Haqqında[redaktə | mənbəni redaktə et]

"Molla Nəsrəddin" ensiklopediyasıCəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi–ictimai fəaliyyətinin ensiklopedik kitabıdır[1] "Molla Nəsrəddin" ensiklopediyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlamışdır[2] Kitabın baş redaktoru İsa Həbibbəyli AMEA-nın prezidenti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, tərtib edəni və çapa hazırlayan Vüqar Əhməd, filologiya elmləri doktoru, professor.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

"Molla Nəsrəddin" ensiklopediyası– Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır[3] "Molla Nəsrəddin" ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın tarixi və ənənələrinə dair hesabat, sabah haqqında bələdçidir.

Məzmunu[redaktə | mənbəni redaktə et]

Molla Nəsrəddin jurnalı

Mollanəsrəddinçilik – geniş mənada "Molla Nəsrəddin" ədəbi məktəbinin nizamnaməsi,tənqidi realizm ədəbi cərəyanının əsasnaməsidir. Milli müstəqillik və siyasi-mənəvi azadlıq uğrunda mübarizə aparmaq mollanəsrəddinçilik hərəkatının əsas qayəsidir[4] XX "Molla Nəsrəddin" ensiklopediyası əsrin əvvəllərinin milli-demokratik intibah proseslərinin əsas lokomotivi C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı idi. "Molla Nəsrəddin" ədəbi cəbhəsi XX əsrin əvvəllərində mövcud olan müxtəlif təmayüllü ədəbiyyat və mətbuat meydanında ən davamlı, ardıcıl və mübariz bir hərəkat idi. "Molla Nəsrəddin" ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir[5] C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir[6] C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir. Baş redaktor, görkəmli yazıçı C.Məmmədquluzadənin (1869-1932) səyləri nəticəsində "Molla Nəsrəddin" cəbhəsi ədəbi məktəb səviyyəsinə çatdırılmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir[7] "Molla Nəsrəddin" jurnalı–Cəlil Məmmədquluzadənin və bütün mollanəsrəddinçilərin əsərlərinin çoxcildlik külliyyatıdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xaici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. İLK DƏFƏ “MOLLA NƏSRƏDDİN” ENSİKLOPEDİYASI ÇAP OLUNUB
  2. “Molla Nəsrəddin” jurnalının ensiklopediyası ilk dəfə çap olunub
  3. "Molla Nəsrəddin" ensiklopediyası"nın təqdimatı olub
  4. Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı olub
  5. "Molla Nəsrəddin" jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası - Himalay QASIMOV
  6. Qənirə Paşayeva “Molla Nəsrəddin”in təqdimatında

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ədəbiyyat qəzeti" Ədəbi dövrün başçısı. Yusif Vəzir Çəmənzəminli 30 yanvar 1934 (#empty_citation)
  2. Həbibbəyli İ. Molla Nəsrəddin ədəbi məktəbi və mollanəsrəddinçilik : Molla Nəsrəddin - 110 // Azərbaycan. - 2016. - 7 aprel. - № 72. - S. 7. (#empty_citation)
  3. Cəlil Məmmədquluzadə. Əsərləri 4 cilddə,III cild. Bakı,"Öndər", 2004, s.5 (#empty_citation)
  4. Əziz Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı,"Yazıçı"1980, s.256 (#empty_citation)
  5. İ.Əliyev. "Molla Nəsrəddin" lının vəziyyəti. Böyük jurna"yaradıcılıq yolu" haqqında məlumat vərəqəsi: Azərbaycan MDTA, fond 57, siy. 1, iş 96, vərəq 26-27 (#empty_citation)
  6. Cəlil Məmmədquluzadə. Əsərləri 4 cilddə,IV cild. Bakı,"Öndər", 2004, s.191-193 (#empty_citation)
  7. Anar. Anlamaq dərdi. Bax: Cəlil Məmmədquluzadə. Məqa- lələr, esselər, şeirlər. Bakı, “Ecoprint”, 2019, s.46 Heydər Əliyev. Ədəbiyyatın böyük borcu və amalı. Tərtib edəni: V.Quliyev. Bakı, “Ozan”, 1999, s.245-246 (#empty_citation)