Mona Liza (Prado versiyası)

Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən[2] nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir.[3] Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir.[4]

Mona Liza
isp. Mona Lisa del taller de Leonardo da Vinci
Portretin görünüşü
Portretin görünüşü
Rəssam Leonardo da Vinçinin emalatxanası
Tarixi 1503-1516
Üslubu portret
Texnikası yağlı boya
Ölçüləri 76,3 sm[1] × 57 sm[1]
Materialı yağlı boya[d]
Sifarişçi Liza Gerardini
Saxlanıldığı yer Prado muzeyi
İnventar nömrəsi P000504
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına[4] baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir.[5] Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir.[6] Leonardonun tələbələri arasında SalaiFrançesko Melzi Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər.[7]


border=none Əsas məqalə: Mona Liza

Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər.[3] Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir.[8] Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi.[9] 1819-cu ildə Prado muzeyinin yaradılmasından sonra əsər muzeyin kolleksiyasına verilməklə, daimi ekspozisiyaya əlavə edilmişdir.[2]

Hazırkı görünüşün yenidən kəşfi

[redaktə | mənbəni redaktə et]
Prado Mona Lizası restavrasiyadan əvvəl qara rəng ilə boyanmış fon ilə.

Restavrasiya işlərinin həyata keçirilməsindən əvvəl, əsər XVI əsrin əvvəllərinə aid anonim kopya kimi kataloqlaşdırılmışdı. Buna baxmayaraq, o, daima RafaelAndrea del Sarto kimi İtaliya rəssamlarının əsərləri ilə bir zalda nümayiş etdirilirdi; portret həm də, anonim rəsmlər üçün qeyri-adi olan litoqrafiyaya malikdir.[10]

Prado versiyasını Luvrda sərgilənən "Mona Liza" portretindən fərqləndirən bir çox xırda detallar olmasına baxmayaraq, əsas fərq, restavrasiyadan əvvəl Prado versiyasında fon peyzajının görünməməsi idi. 2010–2012-ci illərdə Prado muzeyi tərəfindən həyata keçirilmiş bərpa işləri zamanı portreti təmizlənməsindən sonra onun da peyzaj hissəsi aşkara çıxarılmışdır.[11] Bərpanın başa çatmasından sonra, Luvr muzeyi 29 mart – 25 iyun 2012-ci ildə təşil edilmiş "Leonardonun son şah əsəri: Müqəddəs Anna" (ing. Leonardo's last masterpiece: The Sainte Anne) adlı sərgidə həmin versiyanın da sərgilənməsinə icazə verilməsini xahiş etmişdir.[12] Saralmış və dizlanmış lak təbəqəsi göstərmişdir ki, qara boya əsərə onun çəkilməsindən təxminən iki yüz il sonra, yəni 1750-ci illərdə əlavə edilmişdir.[13] Bərpa zamanı, əsər həm də infraqırmızı reflektoqrafiya və radioqrafiyanın köməkliyi ilə tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, Prado versiyası Leonardonun "Mona Liza"sı ilə eyni studiyada və eyni vaxta çəkilmişdir.[4] Bu kəşfin "açarı" əsasında dərqli stildə olan və düzəlişlər edilmiş təsvir durur.[14]

Luvrdakı versiya ilə müqayisədə Prado versiyasının yaxşı vəziyyəti əsərin boyalarının saralıb rəngini itirməzdən əvvəl necə göründüyünü anlamağa imkan verir. Buna görə də, bu kəşflərin Leonardonun orijinal əsərini daha dərindən anlamağa kömək etdiyi güman edilir.[15]

Bərpa işlərindən əvvəl rəng çalarlarına görə əsər bəzən Flamand rəssamlığına aid edilirdi. Çünki, uzun müddət onu əhatə edən çərçivənin palıddan hazırlanması düşünülürdü. Lakin, restavrasiya zamanı müyyənləşdirilmişdir ki, əsərin çərçivəsi palıddan yox, qoz ağacından hazırlanmışdır və orta əsrlərdə belə bahalı material yalnız Leonardonun "Xanım sincab ilə", "Gözəl Ferronyera", "Vəftizçi İohann" kimi əsərləri üçün çərçivələrin hazırlanması məqsədi ilə istifadə edilirdi.[4]

Restavrasiya işlərindən sonra portretin müəllifinin Leoardonun iki məşhur tələbəsindən biri – Salai və ya Françesko Melzi – olması güman edilsə də[2][5], bəziləri bu fikirlə razılaşmayaraq, Prado Mona Lizasının Leonardonun ispan tələbələri Frenando Yanez de la Almedina və ya Hernando de los Llanis tərəfindən işləndiyini bildirmişlər.[16] Dəqiq və incə işlənmə xüsusiyyəti, həmçinin lyapis-lazur və qırmızı lak kimi nadir materialların istifadə edilməsinə görə, Prado Mona Lizasını adi studiya kopyası hesab etmək olmaz.[17]

  1. 1 2 3 4 https://www.museodelprado.es/en/the-collection/art-work/the-mona-lisa/80c9b279-5c80-4d29-b72d-b19cdca6601c.
  2. 1 2 3 "Mona Lisa Prado museum version on display". Telegraph Media Group Ltd. 21 February 2012. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  3. 1 2 "Earliest Mona Lisa claimed by Spanish museum". CBS news. 1 February 2012. 4 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  4. 1 2 3 4 "Earliest copy of Mona Lisa found in the Prado". The Art Newspaper. 1 February 2012. 9 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  5. 1 2 "Spain's Prado Museum claims to have Mona Lisa copy". Herald Sun. 3 February 2012. İstifadə tarixi: 30 yanvar 2018.
  6. "The Mona Lisa, by Anonymous (Workshop of Leonardo da Vinci)". Museo Nacional del Prado. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  7. "The 'Prado Mona Lisa' - The Mona Lisa Foundation". The Mona Lisa Foundation. 2015-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-30.
  8. Mona Lisa Foundation. Mona Lisa: Leonardo's Earlier Version. The Mona Lisa Foundation. 2012. 201. ISBN 978-3-033-03144-9. 22 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2013. This interesting portrait was first referred to in the 1666 inventory in the Galleria del Mediodia del Alcazar as 'Mujer de mano de Leonardo Abince' ('Leonardo da Vinci’s Handy Woman').
  9. "The Museo del Prado is presenting the conclusions of the technical study and restoration of its version of La Gioconda". Museo Nacional del Prado. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  10. "La hermosa Gioconda/ Colección litográfica de cuadros del rey de España (Collection of lithographs after the king's paintings)". British Museum. 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  11. "Advance information on the study of the Mona Lisa in the Prado". Museo Nacional del Prado. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  12. "From the Prado to the Louvre – The Mona Lisa: A Tale of Two Paintings". Artwis. 17 March 2012. 22 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  13. "Study of the Prado Museum's copy of La Gioconda". Museo Nacional del Prado. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  14. "Temporary display: La Gioconda, Leonardo's atelier". Museo Nacional del Prado. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  15. Brown, Mark. "The real Mona Lisa? Prado museum finds Leonardo da Vinci pupil's take". The Guardian. London. 1 February 2012. 24 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2018.
  16. Mona Lisa Foundation. Mona Lisa: Leonardo's Earlier Version. The Mona Lisa Foundation. 2012. 201–202. ISBN 978-3-033-03144-9. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  17. Museo Nacional del Prado. The Prado Guide. Museo Nacional del Prado. 2014. 232. (#accessdate_missing_url)