Monax Avel (rus. Монах Авель) və ya Vasili Vasilyev (rus. Василий Васильев; 18 mart 1757, Tula vilayəti[d], Moskva quberniyası[d] – 29 noyabr 1841, Suzdal, Vladimir quberniyası[d]) — Rusiya pravoslav rahibi, falçısı. O, bəzi mənbələrə görə, XVIII əsrin ikinci yarısında və sonrakı əsrlərdə bir sıra tarixi hadisələri, o cümlədən II Yekaterinadan başlayaraq Rusiya avtokratlarının ölüm tarixlərini və şərtlərini, sosial sarsıntıları və müharibələri proqnozlaşdırmışdır.
Monax Avel | |
---|---|
Doğum tarixi | 18 mart 1757 |
Doğum yeri |
|
Vəfat tarixi | 29 noyabr 1841 (84 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | ruhani |
Kəndli ailəsindən gəlir. İmperatriça II Yekaterinanın və imperator I Pavelin ölümünün günləri və hətta saatları, Napoleonun Rusiyaya hücumu və Moskvanın yandırılmasını proqnozlaşdırdığına förə dəfələrlə həbs olunmuşdur. Ümumilikdə 20 ilə yaxın həbsxanada yatmışdır. İmperator I Nikolay Pavloviçin əmri ilə Suzdalda Müqəddəs Yevfim monastırında həbs edilmiş və orada vəfat etmişdir. 1875-ci il üçün "Russkaya starina" jurnalında Avelin məktublarından, "Həyatından" və "çox dəhşətli kitablarından" parçalar dərc edilmişdir.[1]