Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir.
Monoloq | |
---|---|
Fayl:Monoloq (film, 1987).jpg | |
Janr | bioqrafik |
Rejissor | Tofiq Mütəllimov |
Ssenari müəllifi | Əhmədağa Muğanlı |
Operator | Rafiq Əliyev |
Bəstəkar | Ramiz Mirişli |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 17,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1987 |
Texniki məlumatlar |
2 hissə 540 metr 35 mm |
Rəng | rəngli |
Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.