Monqolustan qazaxları

Monqolustan qazaxlarıqazax mənşəli Monqolustan sakinləri. Ölkədəki ikinci böyük etnik qrup və ən böyük milli azlıqdır. 2010-cu il əhalinin siyahıya alınmasına görə Monqolustanda qazaxların sayı 101.526 nəfər idi (ölkə əhalisinin 3.8% -i). Monqolustan qazaxlarının əksəriyyəti Batı Monqolustanda Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində, həmçinin paytaxt Ulan-Batorda yaşayır.

Monqolustan qazaxları
Ümumi sayı
 101 526[1]
Dili

Qazax dili
Monqol dili

Dini

Sünni müsəlman

Əhali və məskunlaşma[redaktə | mənbəni redaktə et]

Monqolustanda qazaxların sayı 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə 101.526 nəfər (ölkə əhalisinin 3.86% -i), 2015-ci il siyahıyaalmasına görə 117.800 nəfər olmuşdur (Monqolustan əhalisinin 3.85%). Qazaxlar Monqolustanın 21 vilayətində, 181 yaşayış məntəqəsində, əsasən Qərbi Monqolustanda yaşayırlar. Bayan-Ölgiy (əhalinin 88,7%) və Xovd (11,5%) vilayətlərində ən çox cəmlənmişlər. Qazaxlar həmçinin Ulan-Batorun Nalayx rayonunun 4-cü mikrorayon əhalisinin 90% -ni təşkil edir.

Monqolustan qazaxları[2]
Monqolustan siyahıyaalma məlumatlarına görə
1956 % 1963 % 1969 % 1979 % 1989 % 2000 % 2010[3] % 2015[4] %
36 729 4,34 47 735 4,69 62 812 5,29 84 305 5,48 120 506 6,06 102 983 4,35 101 526 3,86 117 752 3,85

Monqolustan qazaxları əksər hissəsində köçəri həyat tərzi sürür və əsasən maldarlıqla məşğul olurlar.

Repatriasiya[redaktə | mənbəni redaktə et]

Repatriasiya proqramı çərçivəsində 1990-cı illərdə Monqolustan Qazaxıstana 20.000-ə qədər qazax ailəsi köçür. Monqolustan qazazları kiril əlifbasından istifadə etdikləri üçün adətən rus dilini də yaxşı bilirlər və bu səbəbdən ümumiyyətlə Qazaxıstana Çin və ya İran qazaxlarından daha yaxşı inteqrasiya edirlər, lakin MDB ölkələrindən (Özbəkistan, Türkmənistan) gələn qazax mühacirlərindən daha pisdirlər. 1991-ci ildə Qazaxıstanda Taldı-Kurqan vilayətində məskunlaşan ilk "oralmanlar" olan Monqol qazaxlarıdı.

Monqolustan tərəfinin verdiyi məlumata görə, 20 il ərzində (1995-2015-ci illər arasında) 40 min Monqolustan vətəndaşı Qazaxıstan vətəndaşlığını almışdır[5].

Təhsil[redaktə | mənbəni redaktə et]

Monqolustanda axşam saat doqquzda qazax dilində bir saatlıq radio xəbərləri yayılmanır. Kitab və televiziya isə yoxdur. Monqolustanda qazax məktəbləri əsasən bir çox fənlərin qazax dilində tədris olunduğu Bayan-Ölgiy vilayətində mövcuddur[6]. Monqolustanın qalan hissəsində qazax dili əsasən ailələr daxilində tədris olunur. Qazaxların dağınıq məskunlaşdığı yerlərdə qismən monqollaşma müşahidə olunur. Qazax dilində bir qəzet olan qaz. «Жаңа өмір» (Yeni Həyat) nəşr olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Перепись населения Монголии 2010 года" (PDF). 2013-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-26.
  2. «Монгол улсын ястангуудын тоо, байршилд гарч буй өөрчлөлтyyдийн асуудалд» М.Баянтөр, Г.Нямдаваа, З.Баярмаа pp.57-70 Arxivləşdirilib 2009-03-27 at the Wayback Machine
  3. Предвапрительные результаты переписи населения 2010 года Arxivləşdirilib 2013-10-25 at the Wayback Machine (monq.)
  4. "Результаты промежуточной переписи 2015 года" (PDF). 2017-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-26.
  5. "59 тысяч монголов эмигрировали в другие страны". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.
  6. "Началась работа над учебниками на казахском языке. (монг.)". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.