Monquş Buyan-Badırqı

Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir.

Monquş Buyan-Badırqı
tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа
bayraq
Tannı-Tıva Xalq Respublikası Nazirlər Şurasının 1-ci sədri
bayraq2
13 avqust 1921 – 1922
Əvvəlkivəzifə quruldu
SonrakıMadı Lopsan Ozur
bayraq
Tannı-Tıva Xalq Respublikası Nazirlər Şurasının 4-cü sədri
bayraq2
12 yanvar 1971-ci il – 20 sentyabr 1923
Əvvəlkiİdam Surun
SonrakıSoyan Oruyqi
Tıva Xalq Respublikasının Tıva Xalq İnqilab Partiyasının 1-ci birinci katibi
yanvar 1926 – fevral 1927
ƏvvəlkiAmbın Noyon Sodnam Balçir
SonrakıŞaqdır
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (39 yaşında)
Partiya Tıva Xalq İnqilab partiyası
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Buyan-Badırqı abidəsi. 2014. Kızıl

Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb.

Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı. Vəziyyət ağırlaşdı, Xaydıp Sibir kazakları tərəfindən danışıq üçün Usinskə dəvət edildi.[1] Orada, Xaydıpın özünün dediyinə görə, onu zəhərlədilər. Uzun müddət xəstə yatdı, çayın ağzına yaxın dağda Şemidə dəfn edildi.

Buyan-Badırqı ağılını, özünə hörməti, mükəmməl davranış və ağlabatan kompromislərə meylliliyini Xaydıpdan öyrənmişdi. 1908-ci ildə övladlığa götürən atasının ölümündən sonra, 16 yaşında qəbilə lideri - Daa-noyon oldu. Yaşının azlığına baxmayaraq, tıvalar, ruslarmonqollar arasında böyük nüfuza sahib idi. Buyan-Badırqı, ana dilindən əlavə monqol, tibet, çin və rus dillərində səlis danışan monqol laması Oskal Urjutun tələbəsi idi.[2]

1912-ci ildə, Sinxay inqilabından və sonra Çin zəifləməsindən sonra Buyan-Badırqı özünü "rusofillər" arasında tapdı. Onun ilahiyyat müəllimi əmisi Çamza-Kamba ilə birlikdə Rus çarı II Nikolaya himayə istəyi ilə müraciət hazırladılar. Tarixi faktlarla dəstəklənən bu vəsatət II Nikolaya bildirildi. 4 aprel 1914-cü ildə çar, Uryanxay bölgəsi üzərində Rusiyanın protektoratına razılığı barədə qərar qəbul etdi.

Xuralın çağırılması və Tıvanın müstəqilliyinin elan edilməsi

[redaktə | mənbəni redaktə et]

Təsis qurultayı başlamazdan əvvəl Buyan-Badırgı, Xemçik kojununun rəhbərlərini toplayaraq, Tannı-Tıvanın suverenliyini elan edən bir Konstitusiya layihəsi hazırladı. Layihə, İ. Safyanov (Ekkendey) layihəsi ilə birlikdə qurultaya baxılması üçün təqdim edildi və təsdiqləndi. Buyan-Badırqı 1924-cü ildə Tıva, SSRİ və Monqolustan Xalq Respublikası nümayəndələrinin üçqat konfransına rəhbərlik etmişdir və uğurlu işində böyük nüfuz qazanmışdır. Konfransın sonunda SSRİ (1924-cü ildə) və Monqolustan (1926-cı ildə) Tıva dövlətinin müstəqilliyini tanıdılar.

Siyasi fəaliyyəti və vəzifələri

[redaktə | mənbəni redaktə et]

1921-ci ildə Tannı-Tıva Respublikası Hökumətinin ilk sədri seçildi; 1922-ci ildə - Nazirlər Sovetinin sədr müavini oldu. 1923-cü ildə Nazirlər Sovetinin sədri seçildi. 1926-cı ilin noyabrında Kiçik Xural sessiyasında respublikanın maliyyə naziri seçildi.

Onun iştirakı ilə 1921, 1923, 1924 və 1926-cı illərin respublika konstitusiyaları işlənib qəbul edildi. Onun rəhbərliyi altında Tıva Revsomol yaradıldı.

Dini və təhsil fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Buyan-Badırqı var gücü ilə buddizmi dəstəkləyirdi. Ümumtıva Lamalar Konqresinin çağırılmasında fəal iştirak etdi. Bir vaxtlar qanunvericilik komissiyasının sədri idi, nikah və ailə qanunu yazmışdır.

Ailəsi ilə Kadır-El qəsəbəsindəki Dzun-Kemçik kojunda yaşamışdır (1929-cu ildə həbs olunana qədər). Buyan-Badırqanın öz övladı yox idi, lakin 1910-1920-ci illərdə (dəqiq məlum deyil) tanışlarının bir yaşlı qızına Dembikey adını verərək övladlığa götürür.

Həbsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Buyan-Badırqı 1929-cu ildə həbs olundu. Uzun müddət həbsxanada saxlanıldı. 1932-ci ilin martında Tıva Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında Monquş Buyan-Badırqı, başqaları ilə birlikdə, "əksinqilabi soyğunçu" hərəkətlərində, 1924-cü ildə "qara və sarı" feodalların Xemçik qiyamına qatılmasında günahlandırılaraq edam olundu.[3] Onunla birlikdə keçmiş Baş nazir Donduk Kuular da güllələndi.

Monquş Buyan-Badırqıya 1994-cü ildə bəraət verildi. Tam olaraq bəraəti isə 2007-ci ildə aldı.

Yeni siyasi kursun daşıyıcıları - Şağdırşap, Toka, Mets, Çuldum, Tanya, Dançay və başqaları Monquş Buyan-Badırqıya siyasi və sonra fiziki ölüm gətirdilər. Buyan-Badırqı özü ölümündən bir müddət əvvəl deyirdi:

«Өөреткилээн салгалдарым парлар болду
Өөреткилээн салгалдарым өжү болдум»
("Öyrəndiklərimin pələng olduğu ortaya çıxdı

Mənim öyrəndiyim - rəqib olduğum ortaya çıxdı")[4]

Tıva Milli Muzeyinin şimal tərəfi fonunda Buyan-Badırqı abidəsi. 2014. Kızıl
  • 2014-cü ildə, Kızıl şəhərinin 100 illiyində, muzey yaxınlığında yerləşən onun adını daşıyan Buyan-Badırqı abidəsinin açılışı oldu. Aldan-Maadır (60 qəhrəman).
  • Tıva Respublikasının bir neçə yaşayış məntəqəsindəki küçələrə Buyan-Badırqı adı verilib.
  • Tıva Respublikasının Dzun-Xemçik kojuunun Çadan şəhərində, Buyan-Badırqa adına diyarşünaslıq muzeyi var.[5]
  • Kızıl şəhərində Buyan-Badırqı adına otel fəaliyyət göstərir.
  • 14 iyun 2012-ci il tarixində Tıva Respublikasında üçüncü dərəcəli "Buyan-Badırqı" ordeni təsis edildi.
  1. После упразднения города Усинска в 1913 году на его месте остались два разделённых рекой Ус села с парными названиями — Верхнеусинское и Нижнеусинское
  2. "Буддизм в период существования ТНР (1921—1944 гг.)". 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-15.
  3. "Государственный деятель: Монгуш Буян-Бадыргы". 2007-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-15.
  4. "Буян-Бадыргы". 2012-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  5. "Чаданский музей им. Буян Бадыргы". 2010-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.