Monteneqro Prezidenti

Monteneqro Prezidenti (mont. serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı.

Prezident
Monteneqro Prezidentinin bayrağı
Monteneqro Prezidentinin bayrağı

Vəzifədədir
Milo Cuqanoviç

20 May 2018
Başçılıq edir Monteneqro
Rəsmi iqamətgahı Göy Saray
Səlahiyyət müddəti 5 il
Maaşı 33 440 $ (1 il üçün)
Vəzifənin təsis tarixi 4 iyun 2006-cı il
Rəsmi saytı Monteneqro Prezidentinin rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir.

2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi. Həmin ilin iyun ayının 4-də Monteneqro dövlət müstəqilliyi elan etdi. Serbiya və Monteneqro dövlət ittifaqının ərazisinin 13.50 faizi müstəqil Monteneqro dövlətinə verildi. Monteneqronun Prezidentinin səlahiyyətlərini isə 2003-cü ildən ittifaqdan asılı olan Monteneqro dövlətinin başçısı Filip Vuyavoniç icra etməyə başladı.

Müstəqil Monteneqro tarixində birinci dəfə Prezident seçimləri 2008-ci il aprelin 6-da baş tutdu. Dörd namizədin mübarizə apardığı seçimlərdə, səslərin 51.90 faizini toplayan Filip Vuyanoviç, 19.55 faiz səs toplayan Andriya Mandiçi geridə qoydu və beş il müddətinə Montenqro Prezidenti seçildi.

2013-cü il aprelin 7-də növbəti dəfə Prezident seçimləri baş tutdu və Filip Vuyanoviçin səslərin 51.21 faizini toplayaraq 5 il müddətinə Monteneqro Prezidenti seçildi.

2018-ci il aprelin 15-də üçüncü dəfə Prezident seçimləri baş tutdu. Filip Vuyanoviçin səlahiyyət müddətinin başa çatması ilə Monteneqronun yeni Prezidenti seçildi. Yeddi namizədin mübarizə apardığı seçimlərdə, səslərin 53.90 faizini toplayan Milo Cuqanoviç, 33.40 faiz səs toplayan Mladen Boyaniçi geridə qoydu və beş il müddətinə Monteneqro Prezident seçildi. Milo Cuqanoviç müstəqil Monteneqronun 2-ci Prezidenti oldu.

Seçilmə qaydaları

[redaktə | mənbəni redaktə et]

Monteneqro Konstitusiyasının 86 maddəsinə əsasən:

  • Monteneqro Prezidenti seçilən şəxsin səlahiyyət müddəti 5 ildir.
  • Bir nəfər yalnızca 2 dəfə Monteneqro Prezidenti seçilə bilər.
  • Monteneqro Prezidenti birbaşa seçim ilə seçilir.
  • Monteneqroda hərbi vəziyyəti olsa, Monteneqro Prezidenti müharibə vəziyyəti başa çatana qədər səlahiyyətləti icra edə bilər.

Prezidentin rəmzləri

[redaktə | mənbəni redaktə et]

Monteneqro Prezidentinin bir rəsmi rəmzi mövcuddur: Monteneqro Prezidentinin bayrağı (ştandartı). Monteneqro Prezidentinin bayrağının 2 növü var: Quruda və suda istifadəçi üçün.

Prezidentin iqamətgahları

[redaktə | mənbəni redaktə et]

Monteneqro Prezidentinin rəsmi iqamətgahı Tsetine şəhərində yerləşən Göy Saraydır. İtaliyalı memar Kamillo Boitonun layihəsi əsasında 1894-1895-ci illərdə inşa olunan iqamətgah, əsaslı yenidənqurmadan sonra 2010-cu ildən Monteneqro Prezidentinin rəsmi iqamətgahı hesab olunur.

Prezidentilərin siyahısı

[redaktə | mənbəni redaktə et]
Monteneqro Prezidentləri
Sıra
Portret
Prezident
(doğum—vəfat illəri)
Səlahiyyət müddəti
Müddət
Seçim
Partiya
Gəldiyi tarix
Getdiyi tarix
Filip Vuyanoviç
(1954—)
4 İyun 2006
20 May 2008
1 il, 11 ay, 16 gün
MSDP
1.
20 May 2008
20 May 2018
10 il
2008
2008-ci il seçimlərinin I turunda səslərin 51.90 % topladı və 5 il müddətinə Prezident seçildi MSDP
2013
2013-cü il seçimlərinin I turunda səslərin 51.21 % topladı və 5 il müddətinə Prezident seçildi
2.
Milo Cuqanoviç
(1962—)
20 May 2018
hal-hazırda
20 May 2023
5 il
2018
2018-ci il seçimlərinin I turunda səslərin 53.90 % topladı və 5 il müddətinə Prezident seçildi MSDP