Monteneqroda dəmiryolu

Map

Monteneqroda dəmiryoluMonteneqroda mövcud olan nəqliyyat sahələrindən biri. Ölkədə olan dəmiryollarının ümumi uzunluğu 250 km-dir (bunun 162 km elektrikləşdirilmişdir). Relslər arasında məsafə 1435 mm-dir. Dəmiryolu xətlərində ümumilikdə 121 tunel vardır ki, bunlarında ümümi uzunluğu 58 km-dir. Dəmir yolu Monteneqro nəqliyyat sistemində böyük rol oynamır və sərnişin daşımada isə zəif şəkildə iştirak edir.[1].

Ölkədəki dəmir yolu infrastrukturunu, sərnişin daşımalarını, yük daşınmasını və dəmir yolunun saxlanmasını müstəqil idarə olunan dörd ayrı şirkət vardır. Sərnişin daşımaları "Monteneqro dəmiryolları" dövlət şirkəti tərəfindən idarə edilir (mont. Жељезница Црне Горе / Željeznica Crne Gore). Montecargo isə Monteneqronun daxilində yük daşımalarını idarə edən bir şirkətdir. Üstəlik ölkədəki yük vaqonları və yük lokomotivlərinin istismarını da təşkil edirlər.

Montecargo-nun hərəkət qüvvəsi 17 lokomotivdən (15 aktiv) və 713 yük vaqonundan ibarətdir:

  • 461 tipli lokomotiv (8)
  • 661 tipli lokomotiv (3)
  • 644 tipli lokomotiv (4)
  • 744 sinif lokomotiv (onların heç biri aktiv deyildir)

Digər ölkələrlə əlaqə

[redaktə | mənbəni redaktə et]

Bugünkü Monteneqroya məxsus olan ərazidə ilk dəmir yolu xətti 1901-ci ildə açılmışdır. Qabela-Zelenika dəmir yolu xətti (760 mm) Avstriya-Macarıstan tərəfindən inşa edilmişdir.

Əsas dəmiryolu xətti 1976-cı ildə açılan Belqrad-Bar yoludur. Yolun xüsusiyyətləri Mala-Reku çayının üzərində olan körpü, dünyanın ən yüksək dəmir yolu körpüsüdür. Üstəlik bu yolda 6.2 km uzunluğunda Sozinski tuneli vardır. Dəmir yolunun Monteneqro hissəsinin təxminən üçdə biri tunellər və körpülərdən keçir. 1990-cı illərdə ölkədəki zəif iqtisadi və siyasi vəziyyətə görə yolun istismarında vəziyyət pisləşdi və nəticədə Bioçedə dəmiryol qəzası baş verdi. 2006-cı il qəzasında 47 nəfər öldü. Bununla əlaqədar yol təmir işləri aparılır.

Uzunluğu 56,6 km olan Nişkis-Podqoritsa dəmiryolu 1948-ci ildə ensiz dəmir yolu kimi qurulmuşdur. 1965-ci ildə ildə isə geniş reysli dəmiryolu ilə əvəz edilir. 1992–2012-ci illərdə Nikşis boksit yataqlarından çıxarılan yük qatarlar ilə Podqoritsaya daşınırdı. 2006–2012-ci illərdə yol yenidən qurulmuş və elektrikləşdirilmişdir. Sərnişin qatarları bu istiqamətdə işə başlamışdır. Maksimal sürət 75–100 km/saat təşkil edir.

Tiranaya gətirib çıxaran dəmiryolu Podgorica-Şkoder dəmir yolu əsasən yük üçün istifadə edilir. 1997-ci ildə Albaniyadakı yolun bir hissəsi sökülmüşdür. 2002-ci ildə isə yol yenidən bərpa edilir. 2009-cu ildə yol təmir olunub, təmir işləri 9,7 milyon avro təşkil emişdir.

  1. "Podqoritsa dəmir yolu stansiyası". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-17.