Albaniyada nəqliyyat

Albaniyanın avtomobil yolları şəbəkəsi

Albaniyada nəqliyyatAlbaniya Respublikasındakı nəqliyyat, nəqliyyat infrastrukturu və nəqliyyat növləri.

Ölkənin əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır[1]. Avto mobil yollarının uzunluğu 18 min km-dir ki, onun da 30%-i bərkörtüklüdür[1].

Ölkə avtoparkın böyük hissəsi köhnə maşınlardan ibarətdir[1]. Kənd yerlərində yük maşınları böyük üstünlük təşkil edir[1].

Paytaxt Tiranadan ölkənin bütün şəhərlərinə, həmçinin xarici ölkələrə avtobus işləyir[1].

Dəmir yolları

[redaktə | mənbəni redaktə et]

Dəmir yollarının uzunluğu 720 km-dir[2].

Avtomobil yolları və dəmir yolları ölkənin qərbindəki düzənlik hissəsindədir, yalnız tək-tək şose yolları ölkənin şərqindəki dağ silsilələrini aşır[2].

Dəniz ticarət donanması 24 gəmidən ibarətdir ki, onlardan 7-sinin subasımı 1000 tondan çoxdur[2]. Başlıca xarici ticarət limanı Durresdir ki, buranın yük dövriyyəsi ölkənin limanlarındakı ümumi yük dövriyyəsinin təqribən 90%-ni təşkil edir. Sonrakı yerdə Vlyoradır[2].

Ölkədə çay gəmiçiliyi də vardır[2].

Boru nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

2004-cü ilin məlumatlarına görə ölkədə 339 km uzunluğunda qaz, 207 km uzunluğunda neft boru kəməri fəaliyyət göstərmişdir[2].

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Tiranadan 25 km aralıda beynəlxalq aeroport var[2].

  1. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 297. ISBN 978-9952-441-02-4.
  2. 1 2 3 4 5 6 7 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 298. ISBN 978-9952-441-02-4.